XƏBƏRLƏR




KOBİA ilə birgə "Kapital bazarları vasitəsilə maliyyələşmə" mövzusunda seminar keçirilib
18.09.2019 15:09
Cari ilin avqust və sentyabr aylarında MBNP və KOBİA-nın birgə təşkilatçılığı ilə Kiçik və Orta biznes subyektləri üçün qiymətli kağızlar bazarından maliyyələşmə imkanları barədə seminarlar keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidentinin 06 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş sahiblik düşüncə tərzinin dəyişdirilməsi və maliyyə savadlılığının artırılması istiqamətində tədbirlərdən biri olaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə sahibkarlar üçün “Kapital bazarları vasitəsilə maliyyələşmə” mövzusunda maarifləndirici seminarlar keçirilib. 


KOB subyektlərinin müasir dövrün tələblərinə uyğun olaraq alternativ maliyyə mənbələrinə çıxış imkanları barədə məlumatlandırılması məqsədi daşıyan seminarda kapital bazarından maliyyələşmənin üstünlükləri və maliyyələşmə istiqamətləri mövzusunda müzakirələr aparılıb. Seminarda Maliyyə Bazarlarına Nəzarət Palatasının, Bakı Fond Birjasının və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının mütəxəssisləri tərəfindən təqdim olunan mövzular sahibkarlar tərəfindən böyük maraqla qarşılanıb.

 

İnteraktiv müzakirə və dialoq formatında keçirilən seminarda sahibkarlarla qiymətli kağızlar bazarında ticarət olunan maliyyə alətləri, investisiya qiymətli kağızları, kapital bazarlarında maliyyələşmə imkanları və onun üstünlükləri, qiymətli kağızlar bazarının sahibkarlar üçün yaratdığı fürsətlər və emitentlərin Bakı Fond Birjasında listinqinə dair nəzəri və praktiki mövzuları əhatə edən təqdimat mövzuları ətrafında fikir mübadiləsi aparılıb.




AZƏRBAYCAN QİYMƏTLİ KAĞIZLAR BAZARI

Azərbaycan qiymətli kağızlar bazarının əsas statistik göstəriciləri barədə məlumatları buradan əldə edə bilərsiniz.


ƏTRAFLI

RENKİNQ

Bakı Fond Birjasında həyata keçirilən əqdlərin həcminə əsasən hazırlanmış İnvestisiya şirkətlərinin Renkinq cədvəli ilə buradan tanış ola bilərsiniz.

ƏTRAFLI

© 2017 AFBIA. Bütün hüquqlar qorunur. | Version 3.0 © 2007-2017