ASSOSİASİYANIN MƏQSƏDLƏRİ


Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının əsas məqsədi qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının səmərəli fəaliyyəti üçün şəraitin yaradılmasıdır. 


Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının səmərəli peşəkar fəaliyyətinin təmin edilməsini əsas məqsəd kimi qarşıya qoymuşdur. Assoasiya bununla da, ölkəmizin qiymətli kağızlar bazarının dünya standartlarına uyğun şəkildə inkişaf etdirilməsini hədəfləyir. Assosiasiya həmçinin yerli potensial investorların və şirkətlərin bu sahəyə cəlb edilməsi və onların ətraflı məlumatlandırılması üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsinə xüsusi önəm verir.

Məqsədlərimiz

  1.  qiymətli kağızlar bazarında investorların və digər iştirakçıların maraqlarının qorunmasına kömək etmək

  2.  qiymətli kağızlar bazarının inkişafına dəstək olmaq

  3. qiymətli kağızlar haqqında qanunvericiliyi təkmilləşdirilməsi ilə bağlı MBNP ilə müzakirələr aparmaq və konkret təkliflər hazırlamaq

  4.  qiymətli kağızlar bazarı sahəsində inkişaf etmiş ölkələrin təcrübəsini öyrənmək və ölkəmizdə tətbiqi imkanlarını araşdırmaq

  5.  Bu sahədə maarifləndirmə və elmi araşdırma işləri aparmaq

  6.  qiymətli kağızlar bazarının iştirakçılarının peşəkarlıq səviyyələrinin artırılmasına dəstək olmaq

  7.  qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının qiymətli kağızlar bazarında reytinqini müəyyən etmək


İnvestisiya şirkətlərinin renkinqi

Burada siz İnvestisiya şirkətlərinin renkinqi ilə tanış ola bilərsiniz.

ƏTRALI MƏLUMAT

Xəbərləri təqib et

Ölkəmizin qiymətli kağızlar bazarındakı yenilikləri buradan təqib edə bilərsiniz.

ƏTRALI MƏLUMAT

© 2017 AFBIA. Bütün hüquqlar qorunur. | Version 3.0 © 2007-2017