QİYMƏTLİ KAĞIZLAR BAZARININ STRUKTURU



AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKI

Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2019-cu il tarixli, 1616 nömrəli Sərəncamına uyğun olaraq, Azərbaycan qiymətli kağızlar bazarının tənzimlənməsi, investisiya fondları və İnvestisiya şirkətlərinə nəzarəti Azərbaycan Respublikası Mərkəzi bankı həyata keçirir. 

ƏTRAFLI MƏLUMAT

MİLLİ DEPOZİT MƏRKƏZİ

Milli Depozit Mərkəzi (MDM) Azərbaycan Respublikasının Mərkəzi Depozitarı olaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təsis edilmiş qeyri-kommersiya hüquqi şəxsdir. Belə ki, Mərkəzi Depozitar olaraq, Milli Depozit Mərkəzi qiymətli kağızların qeydiyyatı, saxlanması funksiyalarını həyata keçirir. Bundan əlavə Milli Depozit Mərkəzi alqı-satqı əqdləri üzrə hesablaşmaların təşkilini (Klirinqini) həyata keçirir.

ƏTRAFLI MƏLUMAT


BAKI FOND BİRJASI

Bakı Fond Birjası 2000-ci ildə qapalı səhmdar cəmiyyəti formasında təsis edilmiş və hazırda yerli banklar, Investisiya şirkətləri və Borsa İstanbul da daxil olmaqla 20 səhmdarı mövcuddur. Bakı Fond Birjası QSC Azərbaycanda qiymətli kağızlarla mütəşəkkil ticarətin yeganə təşkilatçısı qismində çıxış edir.

ƏTRAFLI MƏLUMAT


İNVESTİSİYA ŞİRKƏTLƏRİ HAQQINDA ÜMUMİ MƏLUMAT

Əsas investisiya xidmətləri

"Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən 2016-cı ildən etibarən maliyyə vasitəçiliyi (İnvestisiya fəaliyyəti üzrə) fəaliyyətini göstərən şirkətlər İnvestisiya şirkəti adlanmaqdadır. İnvestisiya şirkəti fəaliyyəti lisenziyalaşdırılmış fəaliyyətdir və hal-hazırda bu fəaliyyət üzrə lisenziya Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müddətsiz olaraq verilir.  Azərbaycan Respublikası Mərkəzi Bankı lisenziyaların verilməsi ilə yanaşı həmin şirkətlərin fəaliyyətinə nəzarəti də həyata keçirir. Müvafiq lisenziyanın alınması qaydaları, həmçinin İnvestisiya şirkətləri ilə bağlı əsas müddəalar "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununda göstərilmişdir. Bu Qanuna əsasən İnvestisiya şirkətləri aşağıdakı əsas və yardımçı xidmətlərin göstərə bilərlər:


Əsas investisiya xidmətləri (əməliyyatları) aşağıdakılardır:


  1. qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi;

  2. fərdi investorların portfelinin idarə edilməsi;

  3. investisiya məsləhətləri verilməsi;

  4. qiymətli kağızların öhdəlik götürmədən yerləşdirilməsi və anderraytinqi;

  5. qiymətli kağızların öhdəlik götürməklə yerləşdirilməsi və anderraytinqi;

  6. mərkəzi depozitarın və fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar aparılması;

  7. marja ticarəti.

Yardımçı investisiya xidmətləri

Yardımçı investisiya xidmətləri (əməliyyatları) aşağıdakılardır:


  1. müştərisinin qiymətli kağızlar hesablarının idarə edilməsi, o cümlədən qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin öhdəliklərlə yüklənməsi ilə bağlı əməliyyatların həyata keçirilməsi;

  2. investorlara qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə həyata keçirdiyi əqdlərin bağlanması üçün kredit və ya borc verilməsi;

  3. qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə bağlı investisiya tədqiqatı və maliyyə təhlilinin aparılması;

  4. təmin edilmiş istiqrazlar üzrə təminatın sərəncamçısı xidmətinin həyata keçirilməsi;

  5. əsas investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi ilə bağlı xarici valyuta mübadiləsi.


Hal-hazırda Lisenziya malik olan İnvestisiya şirkətləri aşağıdakılardır:



Lisenziya sahibinin adı

Göstərdiyi xidmətlər
Əlaqə vasitələri 
Ünvan
AzFinance İnvestisiya şirkəti QSC
Əsas və yardımçı investisiya xidmətləri
Tel:  (+99412) 310 33 30
Email: [email protected]
Bakı şəh., N.Nərimanov pr. 206, Capital Towers
İnvestAZ İnvestisiya Şirkəti QSC
Əsas və yardımçı investisiya xidmətləri
Tel: (+99412) 488 05 88; *1234
Email: [email protected]

Bakı şəh., Babək pr., Ə.Quliyev küç.,11/31, Babək Plazanın 7-ci mərtəbəsi
BTB Kapital İnvestisiya Şirkəti QSC
Əsas və yardımçı investisiya xidmətləri
Tel: (+99412) 599 11 38
Email: [email protected]

Bakı şəh., Y.Səfərov küç., 27
Paşa Kapital İnvestisiya Şirkəti QSC
Əsas və yardımçı investisiya xidmətləri
Tel: (+99412) 493 33 66
Email: [email protected]

Bakı şəh., Cəfər Cabbarlı küçəsi44, (Caspian Plaza, 10-cu mərtəbə)
PSG-Kapital İnvestisiya Şirkəti QSC
Əsas və yardımçı investisiya xidmətləri
Tel: (+99412) 404 43 72; *9119
Email: [email protected]

Bakı şəh., C.Məmmədquluzadə küç. 102 A, City Point Baku (5-ci mərtəbə)
Unicapital İnvestisiya Şirkəti ASC
Əsas və yardımçı investisiya xidmətləri
Tel: (+99412) 541 33 33
Email: [email protected]

Bakı şəh., Dilarə Əliyeva küç., 243
Xalq Kapital İnvestisiya Şirkəti QSC
Əsas və yardımçı investisiya xidmətləri
Tel: (+99412) 404 43 25
Email: [email protected]

Bakı şəh., İnşaatçılar pr., 22 L
Plato Capital and Co. İnvestisiya Şirkəti ASC
Əsas və yardımçı investisiya xidmətləri
Tel: (+99412) 505 78 45
Email: [email protected]

Bakı şəh., İçərişəhər, Asəf Zeynallı küç. 31/33
ABB-İnvest İnvestisiya Şirkəti QSC
Əsas və yardımçı investisiya xidmətləri
Tel: (+99412) 493 00 91

Bakı şəh., Cəfər Cabbarlı küç. 609 (Globus Center)
CPM-İnvest İnvestisiya Şirkəti QSC
Əsas və yardımçı investisiya xidmətləri
Tel: (+99412) 460 70 00
(+99450) 232 70 43
(+99450) 232 70 41
E-mail: [email protected]

Bakı şəh., C.Məmmədquluzadə küç. 102 A, City Point Baku (8-ci mərtəbə)

İnvestisiya şirkətlərinin renkinqi

Burada siz İnvestisiya şirkətlərinin renkinqi ilə tanış ola bilərsiniz.

ƏTRALI MƏLUMAT

Xəbərləri təqib et

Ölkəmizin qiymətli kağızlar bazarındakı yenilikləri buradan təqib edə bilərsiniz.

ƏTRALI MƏLUMAT

© 2017 AFBIA. Bütün hüquqlar qorunur. | Version 3.0 © 2007-2017