TƏLİMLƏR



Maliyyə Bazarı üzrə Təlim və Maarifləndirmə Mərkəzi Azərbaycanda maliyyə bazarı üzrə ixtisaslaşmış təlim mərkəzidir. Qeyri-kommersiya təşkilatı olaraq Mərkəz 2014-cü ildən, Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, 2016-cı ildən etibarən isə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası nəzdində fəaliyyət göstərməklə, onun məqsədlərini yerinə yetiririk. Mərkəz Dünya Bankının dəstəyi ilə Kapital Bazarlarının Modernləşdirilməsi Layihəsi (CMMP) çərçivəsində yaradılmışdır.


Mərkəz maliyyə bazarlarında işləyən, və ya işləmək istəyən və həmçinin maliyyə bazarları, alətləri, iştirakçıları, iş prinsipi haqqında məlumat əldə etmək və biliklərə yiyələnmək istəyən hər kəs üçün yaradılmış təlim mərkəzidir. İqtisadiyyatın perspektivli sahəsi olmaqla, bu bazarlar zəruri bilik və təcrübə tələb edir. Ölkəmizdə bu sahənin kifayət qədər gənc olmasına baxmayaraq, mərkəz tərəfindən hazırlanan proqramlar qərb təcrübəsinin yerli bazarlarda tətbiqini, eləcə də beynəlxalq bazarlara inteqrasiyasını təmin edir. Bunun nəticəsi olaraq, həm yerli həm də beynəlxalq bazarlarda fəaliyyət göstərilməsi üçün optimal tədris proqramları hazırlanmışdır. Təlim mərkəzinin məqsədi ilk növbədə ölkədə rifahın inkişafına kömək edəcək maliyyə bazarının tədricən və düzgün təşkilinə xidmət etməkdir. Bu inkişafa nail olmaq üçün Təlim Mərkəzi tərəfindən iki əsas istiqamət seçilmişdir:


Birinci istiqamət - gənc və yeni başlayan maliyyəçilərdə maliyyə bazarı haqqında biliklərin formalaşdırılmasıdır. Bununla da mərkəz öz gələcək fəaliyyətini maliyyə sektoru ilə bağlamaq istəyən hər kəsin ən optimal və faydalı biliklərə yiyələnməsini təmin edir. Gərəkli bilikləri öyrətməklə, onları uğurlu karyera qurmaq və real təcrübə qazanmaq üçün hazırlayır.


İkinci istiqamət - biznesin daha da keyfiyyətli aparılması üçün peşəkar auditoriyanın yetişdirilməsidir. Beləliklə də, mərkəz ölkəmizin biznes mühitində fond bazarının təklif etdiyi potensial imkanları işıqlandırmağı qarşısına məqsəd qoyub. Düzgün və professional maliyyə planlanlama sayəsində fəaliyyət sahəsindən asılı olmayaraq istənilən şirkət öz maliyyə uğurunu yaxşılaşdıra və inkişaf etdirə bilər.


Ölkə qarşısında öz məsuliyyətini dərk edərək mərkəzin professional heyəti maliyyə bazarının uğurlu inkişafı üçün aşağıdakı istiqamətlərdə təlimlər təşkil etmişdir:





BAŞLANĞIC TƏLİMLƏR

Bu təlimlərdə iştirak etməklə Maliyyə sahəsində ilkin biliklərə yiyələnə bilərsiniz.

PEŞƏKAR TƏLİMLƏR

Maliyyə sahəsində peşəkar fəaliyyət göstərmək istəyən şəxslər bu təlimlərimizdən yararlana bilərlər

İXTİSASLAŞMIŞ TƏLİMLƏR

Hər hansı bir ixtisas üzrə ixtisaslaşmaq istəyən şəxslər bu İxtisaslaşmış təlimləri seçməklə həmin sahənin incəliklərini öyrənə bilərlər

XÜSUSİ TƏLİMLƏR

Təlim Mərkəzi həmçinin xüsusi təlim paketlərini də təqdim edir.


İnvestisiya şirkətlərinin renkinqi

Burada siz İnvestisiya şirkətlərinin renkinqi ilə tanış ola bilərsiniz.

ƏTRALI MƏLUMAT

Xəbərləri təqib et

Ölkəmizin qiymətli kağızlar bazarındakı yenilikləri buradan təqib edə bilərsiniz.

ƏTRALI MƏLUMAT

© 2017 AFBIA. Bütün hüquqlar qorunur. | Version 3.0 © 2007-2017