ÜMUMİ MƏLUMAT



İnvestisiya fəaliyyətlərinin həyata keçirilməsi üçün hər bir İnvestisiya şirkəti müvafiq attestasiya imtahanından uğurla keçərək, ixtisas şəhadətnaməsini almış əməkdaşlara malik olmalıdır. Belə ki, müvafiq ixtisas şəhadətnaməsiz İnvestisiya şirkətinin əməkdaşı ticarət sistemindən birbaşa istifadə etmək hüququna malik olmurlar. Bu baxımdan İnvestisiya şirkəti fəaliyyətinə lisenziyanın alınması zamanı, həmçinin sonrakı dövrlərdə İnvestisiya şirkətində minimum 1-3 əməkdaşın müvafiq ixtisas şəhadətnaməsinə malik olması mütləqdir. 


Qeyd edək ki, ixtisas şəhadətnamələrinin alınması şərtləri ümumilikdə "İnvestisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsinə dair ixtisas şəhadətnamələrinin alınması məqsədi ilə attestasiya keçirilməsi Qaydasın"da əks olunmuşdur. Müvafiq Qaydalarda da göstərildiyi kimi ixtisas şəhadətnamələrinin 3 növü vardır:


1. A kateqoriyası

Bu kateqoriyalı ixtisas şəhadətnaməsi İnvestisiya şirkətinin əməkdaşına aşağıdakı investisiya xidmətlərini göstərməsinə imkan verir:

- qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbulu və icra edilməsi;

-qiymətli kağızların öhdəlik götürmədən yerləşdirilməsi və anderraytinqi;

- qiymətli kağızların öhdəlik götürməklə yerləşdirilməsi və anderraytinqi;

-mərkəzi depozitarın və ya fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar aparılması;

-marja ticarəti;

-müştərinin qiymətli kağız hesablarının idarə edilməsi, o cümlədən qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin öhdəliklərlə yüklənməsi ilə bağlı əməliyyatların həyata keçirilməsi.


2. B kateqoriyası- Bu kateqoriyalı ixtisas şəhadətnaməsinə malik əməkdaş fərdi investorların portfelinin idarə edilməsi xidmətini göstərə bilərlər.


3. C kateqoriyası - Bu kateqoriyalı ixtisas şəhadətnaməsinə malik əməkdaş investisiya məsləhətlərinin verilməsi xidmətini göstərə bilərlər.






İnvestisiya şirkətlərinin renkinqi

Burada siz İnvestisiya şirkətlərinin renkinqi ilə tanış ola bilərsiniz.

ƏTRALI MƏLUMAT

Xəbərləri təqib et

Ölkəmizin qiymətli kağızlar bazarındakı yenilikləri buradan təqib edə bilərsiniz.

ƏTRALI MƏLUMAT

© 2017 AFBIA. Bütün hüquqlar qorunur. | Version 3.0 © 2007-2017