TƏDBİRLƏR

Bu bölmədən Siz ölkəmizin qiymətli kağızlar bazarında həyata keçirilmiş tədbirlər, xüsusi əhəmiyyətli görüşlər, həmçinin Assosiasiyanın Ümumi Yığıncaqları barədə məlumatları əldə edə biləcəksiniz.



Kapital bazarları institutlarının əməkdaşları üçün təlimlər keçirilir

Bakı Fond Birjasının dəstəyi və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının təşkilatçılığı ilə kapital bazarı institutlarının əməkdaşları üçün Borsa İstanbulda təlimlər təşkil edilmişdir.

Strateji Yol Xəritəsinə uyğun tədbirlər istiqamətində təkliflər müzakirə edilmişdir.

24 Noyabr 2017-ci il tarixində Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının növbəti Ümumi Yığıncağında Strateji Yol Xəritəsinə uyğun olaraq hazırlanmış təkliflər müzakirə edilmişdir.

"Azərbaycan kapital bazarları- İmkanlar və prespektivlər" mövzusunda konfrans keçirilmişdir

Oktyabrın 17-də Bakı Fond Birjası (BFB) və “SOCAR Capital” şirkətinin təşkilatçılığı ilə Bakıda “Azərbaycan kapital bazarları. İmkanlar və perspektivlər” mövzusunda konfrans keçirilib. Azərbaycanın fond bazarının təmsilçiləri, dövlət qurumları, iri holdinq, bank, investisiya və sığorta şirkətləri nümayəndələri və müstəqil ekspertlərin iştirak etdiyi  tədbirdə kapital bazarlarında mövcud vəziyyət, bu sahədəki çağırışlar, aparılan islahatlar və yaradılan imkanlar geniş müzakirə olunub.

Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin üzvləri və sədri seçildi

30.09.2016-cı il tarixində “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyinin növbəti Ümumi Yığıncağı keçirilmişdir. Ümumi Yığıncağın keçirilməsində əsas məqsəd Assosiasiyanın Nizamnaməsinə uyğun olaraq, İdarə Heyətinin üzvlərinin və sədrinin yenidən seçilməsi olmuşdur.

"Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası" İctimai Birliyinin növbəti Ümumi Yığıncağı keçirilmişdir

17 dekabr 2015-ci il tarixində Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının (AFBİA) üzvlərinin iştirakı ilə Ümumi Yığıncağı keçirilmişdir.

“Qiymətli kağızlar bazarı haqqında” Qanunun ictimaiyyətə açıqlanması ilə bağlı təqdimat mərasimi keçirilmişdir

06 oktyabr 2015-ci il tarixində Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) təşkilatçılığı ilə “Boulevard Hotel Baku” mehmanxanasında “Qiymətli kağızlar bazarı haqqında” Qanunun ictimaiyyətə açıqlanması ilə bağlı təqdimat mərasimi keçirilmişdir.

Yeni lisenziyalaşdırma qaydaları üzvlərə təqdim olundu

06 avqust 2015-ci ildə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyinin növbəti Ümumi Yığıncağı keçirilmişdir. İclas zamanı həmçinin Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Lisenziyalaşdırma və Nəzarət şöbəsinin müdiri Cavid Nəzərov iclas iştirakçılarına “İnvestisiya şirkətləri” mövzusunda geniş təqdimat keçirmişdir.

"Qiymətli kağızlar bazarının yeni əməliyyat infrastrukturu" Assosiasiyanın üzvlərinə təqdim edildi

05 iyun 2015-ci il tarixində Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının üzvlərinin iştirakı ilə tədbir təşkil edilmişdir. 

“Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyinin növbəti iclası keçirilmişdir

 14 aprel 2015-ci il tarixində “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası”  İctimai Birliyinin növbəti iclası keçirilmişdir. İclasın keçirilməsində məqsəd qiymətli kağızlar bazarı iştirakçılarını bir araya toplamaq və gündəlikdə duran məsələlərin müzakirəsi olmuşdur. Həmçinin qiymətli  kağızlar bazarının inkişafı üçün qanunvericilikdə nəzərdə tutulan yeniliklər barəsində də iclas iştirakçılarına məlumatlar verilmişdir. 

"Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası" İctimai Birliyinin "Gələcəyə Baxış" adlı tədbiri keçirilmişdir

24 dekabr 2014-cü il tarixində “Azərbaycan Fond Bazarı      İştirakçılarının Assosiasiyası” (AFBİA) İctimai Birliyi “Gələcəyə baxış” adlı tədbir keçirmişdir. Tədbirdə AFBİA-nın İdarə heyətinin sədri Ceyhun İbrahimov görülmüş işlər və 2015-ci ilin hədəfləri  barədə məlumat verib. 


İnvestisiya şirkətlərinin renkinqi

Burada siz İnvestisiya şirkətlərinin renkinqi ilə tanış ola bilərsiniz.

ƏTRALI MƏLUMAT

Xəbərləri təqib et

Ölkəmizin qiymətli kağızlar bazarındakı yenilikləri buradan təqib edə bilərsiniz.

ƏTRALI MƏLUMAT

© 2017 AFBIA. Bütün hüquqlar qorunur. | Version 3.0 © 2007-2017