REPO/ƏKS REPO BAZARI



Repo əməliyyatı – Repo predmeti olan investisiya qiymətli kağızlarının əvvəlcədən müəyyən edilmiş şərtlərlə geri satın alınması (satılması) öhdəliyi ilə satılmasıdır (alınmasıdır). Repo bazarı Bazar iştirakçıları üçün qısamüddətli borc cəlb etmə imkanları təqdim edir. Bazar iştirakçıları burada öz aralarında repo əməliyyatları bağlayaraq qısamüddətli maliyyə ehtiyaclarını təmin edə bilərlər.


Repo əməliyyatı repo açılış əqdi və Repo bağlanış əqdi olmaqla iki hissədən ibarətdir:
- Repo açılış əqdi Repo əməliyyatının birinci hissəsi olmaqla, investisiya qiymətli kağızların satılması (alınması) üzrə Birjanın ticarət sistemində bağlanılmış əqddir;
- Repo bağlanış əqdi Repo əməliyyatının ikinci hissəsi olmaqla, investisiya qiymətli kağızlarının geri satın alınması (satılması) üzrə Birjanın ticarət sistemində bağlanılmış əqddir.


Repo alıcısı Repo açılış əqdi zamanı qiymətli kağızların alıcısı qismində, Repo bağlanış əqdi zamanı qiymətli kağızların satıcısı qismində çıxış edən Repo əməliyyatının iştirakçısıdır. Repo satıcısı isə Repo açılış əqdi zamanı qiymətli kağızların satıcısı qismində, Repo bağlanış əqdi zamanı qiymətli kağızların alıcısı qismində çıxış edən Repo əməliyyatının iştirakçısıdır. Repo əməliyyatının tərəfləri qimində adətən banklar çıxış edir. Lakin repo predmeti ola bilən qiymətli kağızlara malik digər şəxslər də Repo alıcısı və ya satıcısı ola bilər.


Repo predmeti olan qiymətli kağızlar barədə məlumatı buradan edə bilərsiniz:





İnvestisiya şirkətlərinin renkinqi

Burada siz İnvestisiya şirkətlərinin renkinqi ilə tanış ola bilərsiniz.

ƏTRALI MƏLUMAT

Xəbərləri təqib et

Ölkəmizin qiymətli kağızlar bazarındakı yenilikləri buradan təqib edə bilərsiniz.

ƏTRALI MƏLUMAT

© 2017 AFBIA. Bütün hüquqlar qorunur. | Version 3.0 © 2007-2017