DÖVLƏT QİYMƏTLİ KAĞIZLARI


Dövlət qimətli kağızları Kapital bazarının və ölkə iqtisadiyyatının əsasını təşkil edən maliyyə alətlərindən biridir. Belə ki, bu qiymətli kağızların gəlirlilik səviyyəsi ölkənin iqtisadi durumunun vəziyyətini əks etdirən indiqator rolunu oynaya bilir. Digər tərəfdən Dövlət istiqrazlarından fiskal və pul-kredit siyasətində geniş istifadə olunur. Ölkədə pul kütləsinin həcminin və faiz dərəcələrinin tənzimlənməsində Dövlət qiymətli kağızlarından geniş istifadə olunur.


Dövlət qiymətli kağızları investorlar üçün də əlverişli maliyyə aləti sayılır. Belə ki, bu qiymətli kağızlar üzrə risk səviyyəsi sıfır olaraq, qəbul olunmuşdur və qiymətli kağızların ödənilməsi üzrə təminatçı kimi Dövlət birbaşa çıxış edir. Ölkəmizdə Dövlət qiymətli kağızları Maliyyə Nazirliyi ( Dövlət istiqrazları) və Mərkəzi Bank (NOT-lar) tərəfindən emissiya olunur. Müvafiq qiymətli kağızlar üzrə gəlirlilik səviyyələri aşağıdakı kimidir:





№-si
Qiymətli kağızın növüEmitentGəlirlilik
(Son hərrac üzrə)




1DQİ (91 günlük)
Maliyyə Nazirliyi
4.50 %
2DQİ (182 günlük)
Maliyyə Nazirliyi
8.50 %
3DQİ (364 günlük)
Maliyyə Nazirliyi
10.00 %
4DQİ (728 günlük)
Maliyyə Nazirliyi
10.00 %
5DQİ (1092 günlük)
Maliyyə Nazirliyi
12.59 %
6NOT (28 günlük)
Mərkəzi Bank
10.01 %

Qeyd: Gəlirlilik səviyyəsi milli valyutada həyata keçirilmiş son hərracın orta gəlirliliyini ifadə edir


İnvestisiya şirkətlərinin renkinqi

Burada siz İnvestisiya şirkətlərinin renkinqi ilə tanış ola bilərsiniz.

ƏTRALI MƏLUMAT

Xəbərləri təqib et

Ölkəmizin qiymətli kağızlar bazarındakı yenilikləri buradan təqib edə bilərsiniz.

ƏTRALI MƏLUMAT

© 2017 AFBIA. Bütün hüquqlar qorunur. | Version 3.0 © 2007-2017