SƏHM BAZARI



Səhm- mülkiyyətçisinin həmin səhmin nominal dəyərinə mütənasib surətdə səhmi buraxmış səhmdar cəmiyyətinin nizamnamə kapitalında iştirakını, mənfəətindən dividendlər, ləğvindən sonra isə qalan əmlakının hissəsini almaq hüququnu, həmçinin səhmdar cəmiyyətinin idarə olunmasında iştirak etmək hüququnu təsdiqləyən investisiya qiymətli kağızıdır. Başqa sözlə Səhmlər investorlara səhmdar cəmiyyətlərin idarə edilməsində və gəlirlərində “şəriklik” hüququ verir. Belə ki, Siz hər hansı bir səhmdar cəmiyyətin səhmini əldə etməklə onun xalis mənfəətindən müvafiq həcmdə “pay” əldə etmək hüququ qazanırsınız. Bu baxımdan bəzən səhm bazarını Pay bazarı kimi də adlandırırlar.


Səhmlərin əsas olaraq iki növü vardır:

1. Adi səhmlər

2. İmtiyazlı səhmlər


Adi səhm sahibləri Səhmdar cəmiyyət maliyyə ilini mənfəətlə başa vurduğu və dividendlərin ödənilməsi barədə qərar qəbul olunduğu təqdirdə, sahib olduğu səhmin həcminə uyğun dividend əldə edirlər. İmtiyazlı səhm sahibləri isə səhmdar cəmiyyətin illik fəaliyyət nəticəsindən asılı olmayaraq əvvəlcədən müəyyənləşdirilmiş, sabit faizlə dividend almış olurlar. Adi səhmlər cəmiyyətin idarəçiliyində səsvermə hüququna malik olsalarda, imtiyazlı səhm sahiblərinin bu hüquqa malik olmurlar. Qiymətli kağızlar bazarında adətən Açıq Səhmdar Cəmiyyətlərin adi səhmlərinin sərbəst alqı-satqısı mümkündür.


Səhmdarların gəlirləri dividendlərlə yanaşı həm də qiymət dəyişikliklərindən də formalaşa bilər. Hal-hazırda Market-meykeri olan (daim alınıb-satıla bilən) səhmlərin qiymətləri barədə məlumatları aşağıdakı cədvəldən əldə edə bilərsiniz:



Sıra
№-si
EmitentNominalAlış qiymətiSatış qiymətiValyuta






1Holcim ASC20.00
22.50
23.62
AZN
2Cənubtikintiservis ASC2.00
23.00
24.15
AZN
3Bakı ixtisaslaşdırılmı mexanizasiya- 7 ASC
2.00
2.40
2.52
AZN
4Bakıinşaatsənaye ASC
2.00
2.60
2.73
AZN
5Bakı tikinti materialları ASC
2.00
2.60
2.73
AZN
6AZENCO ASC
2.00
2.60
2.73
AZN
7Sumqayıt Çörək ASC
2.00
2.40
2.52
AZN
8Savalan ASC
2.00
3.60
3.78
AZN
9EVRASCON ASC
2.00
22.00
23.10
AZN
10Dərnəgülsənayetikinti ASC
2.00
2.60
2.73
AZN


Ölkəmizdə ticarət olunan digər səhmlərlə bağlı məlumatları buradan əldə edə bilərsiniz.




İnvestisiya şirkətlərinin renkinqi

Burada siz İnvestisiya şirkətlərinin renkinqi ilə tanış ola bilərsiniz.

ƏTRALI MƏLUMAT

Xəbərləri təqib et

Ölkəmizin qiymətli kağızlar bazarındakı yenilikləri buradan təqib edə bilərsiniz.

ƏTRALI MƏLUMAT

© 2017 AFBIA. Bütün hüquqlar qorunur. | Version 3.0 © 2007-2017