KAPİTAL BAZARLARI
İstiqraz- emitentin istiqraz mülkiyyətçisinə borclu olduğunu təsdiqləyən və şərtlərindən asılı olaraq, müəyyən edilmiş tarixdə faiz (kupon) və ya diskont və əsas məbləği ödənilən borc investisiya qiymətli kağızıdır. Başqa sözlə, istiqraz sahibi istiqrazı dövriyyəyə buraxan şirkətə bir növ borc verir və istiqraz vasitəsilə bunu rəsmiləşdirir. Bunun qarşılığında isə stiqrazlar investorlara müəyyən müddətlər üzrə sabit gəlir qazanmaq imkanı verir. Sabit gəlir qazanmaq və az risk etməyi sevən şəxslər (investorlar) əsasən istiqrazlara yatırım etməyə üstünlük verirlər. Belə ki, Siz yatırım etdiyiniz məbləğdən əlavə kupon faiz dərəcəsi üzrə məbləği, yəni əlavə gəlirinizi də əvvəlcədən müəyyənləşdirilmiş vaxtlarda əldə edirsiniz.
Hal-hazırda ölkəmizin qiymətli kağızlar bazarında daim alınıb- satıla bilən, yəni marketmeykeri olan istiqrazların qiymətləri ilə bağlı məlumatları aşağıdakı cədvəldən əldə edə bilərsiniz:
Sıra №-si | Emitent | Nominal | Alış qiyməti | Satış qiyməti | Kupon faiz dərəcəsi | Ödəniş tarixi |
1 | Azərbaycan Dövlət Neft Şirkəti | 1000.00 USD | 1000.28 USD | 1006.70 USD | 5.00 % | 17.10.2021 |
2 | Unibank ASC | 1000.00 AZN | 839.81 AZN | 894.12 AZN | 14.00 % | 29.05.2018 |
3 | Bakcell MMC | 1000.00 AZN | 967.68 AZN | 1002.95 AZN | 9.00 % | 17.12.2017 |
Ticarət olunan digər istiqrazlarla bağlı məlumatları isə buradan əldə edə bilərsiniz.
İnvestisiya şirkətlərinin renkinqi
Burada siz İnvestisiya şirkətlərinin renkinqi ilə tanış ola bilərsiniz.
ƏTRALI MƏLUMAT
Xəbərləri təqib et
Ölkəmizin qiymətli kağızlar bazarındakı yenilikləri buradan təqib edə bilərsiniz.
ƏTRALI MƏLUMAT