TÖRƏMƏ MALİYYƏ ALƏTLƏRİ BAZARI


Törəmə maliyyə alətləri hər hansı baza aktivini almaq, satmaq və ya dəyişdirmək hüququnu təsbit edən müqavilədir. Baza aktivi qismində valyuta, qiymətli kağız, faiz dərəcəsi, gəlirlik, törəmə maliyyə aləti, əmtəə, maliyyə indeksi, kredit riski  və s. çıxış edə bilər. Törəmə maliyyə alətlərinin aşağıdakı 3 növü vardır:


1. Fyuçers- baza aktivinin müəyyənləşdirilmiş növdə və sayda əvvəlcədən razılaşdırılmış tarixə və qiymətə alqı satqısı üzrə törəmə maliyyə alətidir.

2. Opsion- sahibinə birtərəfli qaydada baza aktivini almaq, satmaq və ya svop etmək hüququnu verən törəmə maliyyə alətidir.

3. Svop- iki tərəf arasında eyni növ baza aktivlərinin dəyişdirilməsi üzrə törəmə maliyyə alətidir.


Hal-hazırda ölkəmizdə valyuta və əmtəə əsaslı törəmə maliyyə alətləri ilə ticarət Bakı Fond Birjası və bu proqrama qoşulmuş İnvestisiya şirkətləri vasitəsilə beynəlxalq maliyyə bazarları üzrə həyata keçirilir. 

Valyuta əsaslı törəmə malliyyə aləti və ya FX TMA bazarı - İngiliscə Foreign Exchange kəlmələrinin qısaltmasından formalaşmışdır. FX bazarı müxtəlif ölkələrin valyutalarında ticarətin həyata keçirildiyi dünyanın ən böyük maliyyə bazarıdır. FX bazarında bir ölkənin milli valyutasına qarşı digər ölkənin valyutası alınıb-satılır. Əməliyyatın gəlirliliyini alınıb satılan valyutaların məzənnələri arasındakı fərq təşkil edir.


BFB-nin təşkil etdiyi əmtəə əsaslı TMA bazarında maliyyə alətləri (CFD) üzrə alış-satış qiymətlləri (kotirovkaları) birja ilə müqavilə imzalayan market meykerlər tərəfindən təqdim edilir. Hazırda bazarın market meykeri olaraq "Invest AZ" MMC şirkəti çıxış edir.
BFB-nin təşkil etdiyi FX TMA bazarında valyuta cütlükləri alış-satış qiymətlləri (kotirovkaları) birja ilə müqavilə imzalayan market meykerlər tərəfindən təqdim edilir


Hal-hazırda aşağıdakı maliyyə alətlərinin əsasında Törəmə maliyyə alətləri ilə ticarət təşkil edilmişdir:


Valyutalar:                                                                                            Əmtəələr:

USD: ABŞ dolları                                                                                Qızıl   

EUR:  Avro                                                                                            Gümüş

RUB: Rusiya rublu                                                                              Neft

GBP: İngilis funt-sterlinqi

JPY: Yapon yenası

TRY: Türkiyə lirəsi

CAD: Kanada dolları

CHF: İsveçrə frankı

AUD: Avstraliya dolları

ZAR: Cənubi Afrika randı

SGD: Sinqapur dolları

NZD: Yeni Zellandiya dolları

HUF: Macar forinti

HKD: Honq Konq dolları

NOK: Norveç kronu

SEK: İsveç kronu

PLN: Polşa zlotı

DKK: Danimarka kronu


İnvestisiya şirkətlərinin renkinqi

Burada siz İnvestisiya şirkətlərinin renkinqi ilə tanış ola bilərsiniz.

ƏTRALI MƏLUMAT

Xəbərləri təqib et

Ölkəmizin qiymətli kağızlar bazarındakı yenilikləri buradan təqib edə bilərsiniz.

ƏTRALI MƏLUMAT

© 2017 AFBIA. Bütün hüquqlar qorunur. | Version 3.0 © 2007-2017