ASSOSİASİYANIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ


Assosiasiya aşağıdakı hüquqlara malikdir:

  1. Fəaliyyəti barəsində məlumatları sərbəst yaymaq

  2. öz adından əqdlər bağlamaq, əmlakı və şəxsi qeyri-əmlak hüquqları əldə etmək, vəzifələr daşımaq

  3. məhkəmədə iddiaçı və ya cavabdeh kimi çıxış etmək

  4. Azərbaycan Respublikasının ərazisində və xaricdə filial və nümayəndəliklərini təsis etmək

  5. Banklarda hesablarlar açmaq və hesablaşmalar aparmaq

  6. müstəqil balansa, möhürə, ştampa və digər rekvizitlərə malik olmaq

  7. qanunvericiliklə qadağan edilməyən və nizamnamə məqsədlərinə uyğun olan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq

  8. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqlardan istifadə etmək

Assosiasiya məqsədlərinə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirə bilər:   

  1. müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil etmək, konfranslar, xeyriyyə marafonları, digər mədəni-kütləvi tədbirlər keçirmək

  2. məqsədləri və fəaliyyəti barədə məlumatı sərbəst yaymaq, qanunvericiliyə müvafiq qaydada mətbu nəşrlər təsis etmək

  3. Azərbaycan Respublikasının aidiyyəti dövlət və bələdiyyə orqanları ilə əməkdaşlıq etmək


İnvestisiya şirkətlərinin renkinqi

Burada siz İnvestisiya şirkətlərinin renkinqi ilə tanış ola bilərsiniz.

ƏTRALI MƏLUMAT

Xəbərləri təqib et

Ölkəmizin qiymətli kağızlar bazarındakı yenilikləri buradan təqib edə bilərsiniz.

ƏTRALI MƏLUMAT

© 2017 AFBIA. Bütün hüquqlar qorunur. | Version 3.0 © 2007-2017