XƏBƏRLƏR




İPO və İstiqraz buraxılışı mövzusunda biznes konfrans keçirilmişdir
20.11.2018 14:12
19 noyabr 2018-ci il tarixində Bakı Biznes Mərkəzində Bakı Fond Birjası (BFB) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə “Şirkətlərin İnkişaf Yolunda İPO və İstiqraz Buraxıl

19 noyabr 2018-ci il tarixində Bakı Biznes Mərkəzində Bakı Fond Birjası (BFB) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə “Şirkətlərin İnkişaf Yolunda İPO və İstiqraz Buraxılışı” mövzusunda biznes konfrans keçirilib.


Konfransda maliyyə, kənd təsərrüfatı , sənaye, istehsalat, sığorta, tikinti və s. sahələr üzrə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edib. İki hissədən ibarət olan tədbirin birinci hissəsində “Grant Thornton Azerbaijan” şirkəti və BFB-nin nümayəndələri orta sahibkarlığın və ailə biznesinin inkişafında İPO-nun rolu və Listinq Məsləhət Proqramı mövzusunda təqdimatlar edib və öz təcrübələrini bölüşüblər.


Tədbirin ikinci hissəsində təşkil edilən panel iclasında “SOCAR Kapital”, “Azfinance”, “PSG Kapital” şirkətlərinin, o cümlədən Bakı Fond Birjasının nümayəndələri tərəfindən “Kapital Bazarlarında qiymətli kağızlar təcrübəsi” mövzusu üzrə ətraflı müzakirələr aparılıb. Tədbir zamanı orta sahibkarlığın kapital bazarları vasitəsi ilə maliyyələşməsi imkanları xüsusi olaraq diqqətə çatdırılıb. “Şirkətlərin İnkişaf Yolunda İPO və İstiqraz Buraxılışı” mövzusunda təşkil olunan konfransın əsas məqsədi kapital bazarları vasitəsi ilə maliyyələşmənin təşviqi, bu sahədə zəruri biliklərin formalaşdırılması, eyni zamanda potensial investorlar, şirkətlər və vasitəçi qurumlar arasında dialoqun qurulmasını təmin etməkdir.


Sonda tədbir iştirakçıları arasında ikitərəfli görüşlər təşkil olunub. Bakı Fond Birjasının Listinq Məsləhət Proqramı çərçivəsində Kapital bazarından maliyyələşmənin təşviqi və investisiyanın cəlb edilməsi istiqamətində fəaliyyətini davam etdirir.





AZƏRBAYCAN QİYMƏTLİ KAĞIZLAR BAZARI

Azərbaycan qiymətli kağızlar bazarının əsas statistik göstəriciləri barədə məlumatları buradan əldə edə bilərsiniz.


ƏTRAFLI

RENKİNQ

Bakı Fond Birjasında həyata keçirilən əqdlərin həcminə əsasən hazırlanmış İnvestisiya şirkətlərinin Renkinq cədvəli ilə buradan tanış ola bilərsiniz.

ƏTRAFLI

© 2017 AFBIA. Bütün hüquqlar qorunur. | Version 3.0 © 2007-2017