XƏBƏRLƏR




İnfina Yazılım şirkəti ilə görüş keçirilmişdir
22.06.2022 18:10
22 iyun 2022-ci il tarixində Türkiyədə investisiya texnologiyaları (Fintex) sahəsində lider şirkətlərdən biri olan İnfina Yazılım şirkəti ilə AFBİA-nın üzvləri arasında görüş keçirilmişdir.

22 iyun 2022-ci il tarixində Türkiyədə maliyyə və investisiya texnologiyaları (Fintex) sahəsində lider şirkətlərdən biri olan İnfina Yazılım şirkəti ilə Assosiasiyamızın üzvləri arasında görüş keçirilmişdir. 


Görüşdə İnfina Yazılım şirkətindən direktor və direktor müavinləri iştirak etmiş və İnfina Yazılım Şirkətinin texnoloji həlləri, xidmətləri barədə iştirakçılara ətraflı məlumat verildi. Bildirildi ki, İnfina Yazılım şirkəti artıq 26 ildən çoxdur ki, Türkiyədə fəaliyyət göstərir və Türkiyədən kənarda da öz fəaliyyətlərini genişləndirmək niyyətindədir. 


Eyni zamanda görüş zamanı Azərbaycan Kapital bazarının mövcud durumu və gələcək prespektivləri müzakirə olundu. Bildirildi ki, hazırkı dövrdə, digər sahələrdə olduğu kimi, Azərbaycan Kapital bazarında da əməliyyatların tamamilə elektronlaşdırılmasına ehtiyac vardır və bu istiqamətdə Türkiyənin uzunmüddətli təcrübəsinin öyrənilməsi, Azərbaycanda tətbiqi proseslərin daha da sürətli inkişafına yardımçı ola bilər. Bu baxımdan görüş iştirakçıları bu cür əlaqələrin daha da genişləndirilməsi məqsədilə gələcəkdə də həm birgə, həm də ikili görüşlərin keçirilməsi üzrə razılığa gəldilər.


Görüşün sonunda həm İnfina Yazılım şirkətinin nümayəndələri, həm də Assosiasiyamızın üzvləri görüşün keçirilməsi ilə bağlı məmnunluqlarını ifadə etdilər və xatirə şəkli çəkdirdilər.


Image title


Image title


Image title


Image title


Image title










AZƏRBAYCAN QİYMƏTLİ KAĞIZLAR BAZARI

Azərbaycan qiymətli kağızlar bazarının əsas statistik göstəriciləri barədə məlumatları buradan əldə edə bilərsiniz.


ƏTRAFLI

RENKİNQ

Bakı Fond Birjasında həyata keçirilən əqdlərin həcminə əsasən hazırlanmış İnvestisiya şirkətlərinin Renkinq cədvəli ilə buradan tanış ola bilərsiniz.

ƏTRAFLI

© 2017 AFBIA. Bütün hüquqlar qorunur. | Version 3.0 © 2007-2017