XƏBƏRLƏR




İlin ilk maliyyə forumu keçirildi
10.01.2024 10:05
9 yanvar 2024-cü ildə ABA, AMFA, ASA, AFBİA və AzFina-nın birgə təşkilatçılığı ilə “NAİLİYYƏTLƏR VƏ ÇAĞIRIŞLAR” mövzusunda “AZƏRBAYCAN MALİYYƏ FORUMU” keçirildi.

9 yanvar 2024-cü tarixində Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyasının birgə təşkilatçılığı ilə “NAİLİYYƏTLƏR VƏ ÇAĞIRIŞLAR” mövzusunda “AZƏRBAYCAN MALİYYƏ FORUMU” keçirildi.


Forum çərçivəsində innovativ texnologiyaların tətbiqi ilə rəqəmsallaşmanın sürətləndirilməsi imkanları və ötən dövr ərzində Azərbaycan maliyyə sektorunun əldə etdiyi nailiyyətlər və qarşıda duran çağırışlar müzakirə edilib. Əlavə olaraq isə iqtisadiyyatın inkişafı ilə maliyyə sektorunun potensialının artırılması, maliyyə vasitəçiliyinin və inklüzivliyinin gücləndirilməsi, bu sahədəki maneələrin aradan qaldırılması haqqında mövzular ətrafında müzakirələr aparılıb.


Tədbirin sonunda Azərbaycan Maliyyə Forumu iştirakçıları tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün sahələrdə həyata keçirdiyi siyasətini dəstəkləyən və onun davam etdirilməsini ifadə edən Bəyanat qəbul olundu. Bəyanatda möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın yüksək rifah cəmiyyətinə və dayanıqlı inkişaf ölkəsinə çevriləcəyinə əminlik ifadə olundu.



Image title

Image title

Image title









AZƏRBAYCAN QİYMƏTLİ KAĞIZLAR BAZARI

Azərbaycan qiymətli kağızlar bazarının əsas statistik göstəriciləri barədə məlumatları buradan əldə edə bilərsiniz.


ƏTRAFLI

RENKİNQ

Bakı Fond Birjasında həyata keçirilən əqdlərin həcminə əsasən hazırlanmış İnvestisiya şirkətlərinin Renkinq cədvəli ilə buradan tanış ola bilərsiniz.

ƏTRAFLI

© 2017 AFBIA. Bütün hüquqlar qorunur. | Version 3.0 © 2007-2017