XƏBƏRLƏR




AzMİU-da "Maliyyə bazarlarında praktik həllər" mövzusunda seminar keçirilmişdir
13.12.2018 18:11
Azərbaycan Memarlıq və İnşaat Universitetində(AzMİU) Tikinti-iqtisad fakültəsinin menecment, marketinq, sənayenin təşkili və idarə edilməsi ixtisasları üzrə təhsil alan tələbələri üçün “Maliyyə bazarlarında praktik fəaliyyə

Azərbaycan Memarlıq və İnşaat Universitetində(AzMİU) Tikinti-iqtisad fakültəsinin menecment, marketinq, sənayenin təşkili və idarə edilməsi ixtisasları üzrə təhsil alan tələbələri üçün “Maliyyə bazarlarında praktik fəaliyyət” mövzusunda seminar keçirilib.

 

Sənayenin təşkili və idarə edilməsi kafedrasının təşkilatçılığı ilə gerçəkləşən seminarda Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası İctimai Birliyinin(AFBİA) əməkdaşı Əli Hüseynli, İnvestAZ İnvestisiya şirkətinin tədris üzrə meneceri Rövşən Məmmədov, Sənayenin təşkili və idarə edilməsi kafedrasının müdiri Ruhəngiz Əliyeva, kafedranın əməkdaşları, fakültənin müəllimləri və tələbələr iştirak ediblər.

 

AFBİA-nın əməkdaşı Əli Hüseynli təmsil etdiyi qurumun rəhbərliyi adından seminar iştirakçılarını salamlayıb, yaradılan şəraitə görə universitet rəhbərliyinə öz minnətdarlığını bildirib. O, çıxışında ölkəmizin maliyyə bazarlarının inkişaf tarixi, mövcud investisiya imkanları və gələcək hədəfləri barədə məlumat verib.

 

İnvestAZ İnvestisiya şirkətinin tədris üzrə meneceri R.Məmmədov tərəfindən aparılan seminarda tələbələrlə beynəlxalq maliyyə bazarlarındakı yatırım imkanları, maliyyə aktivlərinin alış və satışından mənfəət əldə etmək imkanlarından danışılıb. Eyni zamanda marjinal ticarət, analitik təhlil üsulları, dünya maliyyə bazarlarına onlayn çıxış imkanları ətrafında fikir mübadiləsi aparılıb.

 

İnteraktiv keçən seminarın sonunda tələbələrin sualları cavablandırılıb, aktivliyi ilə seçilən tələbələrə sertifikatlar təqdim olunub.





AZƏRBAYCAN QİYMƏTLİ KAĞIZLAR BAZARI

Azərbaycan qiymətli kağızlar bazarının əsas statistik göstəriciləri barədə məlumatları buradan əldə edə bilərsiniz.


ƏTRAFLI

RENKİNQ

Bakı Fond Birjasında həyata keçirilən əqdlərin həcminə əsasən hazırlanmış İnvestisiya şirkətlərinin Renkinq cədvəli ilə buradan tanış ola bilərsiniz.

ƏTRAFLI

© 2017 AFBIA. Bütün hüquqlar qorunur. | Version 3.0 © 2007-2017