XƏBƏRLƏR




Azərbaycan Kooperasiya Universitetində seminar keçirilmişdir
14.11.2018 10:22
Stareteji Yol Xəritəsinə uyğun olaraq "Kapital bazarları vasitəsilə maliyyələşmə və listinq" mövzusunda növbəti seminar Azərbaycan Kooperasiya Universitetində keçirilmişdir.

Maliyyə savadlılığının artırılması, Strateji Yol Xəritəsinin "Sahiblik düşüncə tərzinin təşviqi" prioriteti çərçivəsində 13 noyabr 2018-ci il tarixində Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası və Palatanın Təlim Mərkəzinin birgə təşkilatçılığı və AFBİA-nın dəstəyi ilə "Kapital Bazarları vasitəsilə maliyyələşmə və listinq" mövzusunda növbəti seminar Azərbaycan Kooperasiya Universitetində 40 nəfər tələbənin iştirakı ilə həyata keçirilmişdir.


Palatanın əməkdaşı Namiq Quliyev tərəfindən kapital bazarlarından maliyyələşmə mövzusunda çıxışı, Bakı Fond Birjasının mütəxəssisi Müseyib Mehdiyevin Bakı Fond Bİrjasında listinq mövzusunda və Paşa Kapital İnvestisiya şirkətinin əməkdaşı Tələt Kalayev tərəfindən kapital bazarlarında investisiya imkanlarına dair nəzəri və praktiki mövzuları əhatə edən təqdimatı tələbələr tərəfindən böyük maraqla qarşılanıb.


Geniş müzakirə və interaktivlik formatında keçən tədbirin ən aktiv iştirakçıları Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən sertifikatlarla təltif edildilər.





AZƏRBAYCAN QİYMƏTLİ KAĞIZLAR BAZARI

Azərbaycan qiymətli kağızlar bazarının əsas statistik göstəriciləri barədə məlumatları buradan əldə edə bilərsiniz.


ƏTRAFLI

RENKİNQ

Bakı Fond Birjasında həyata keçirilən əqdlərin həcminə əsasən hazırlanmış İnvestisiya şirkətlərinin Renkinq cədvəli ilə buradan tanış ola bilərsiniz.

ƏTRAFLI

© 2017 AFBIA. Bütün hüquqlar qorunur. | Version 3.0 © 2007-2017