İletişim



Yeni lisenziyalaşdırma qaydaları 

üzvlərə təqdim olundu




06 avqust 2015-ci ildə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyinin növbəti Ümumi Yığıncağı keçirilmişdir. İclas zamanı həmçinin Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Lisenziyalaşdırma və Nəzarət şöbəsinin müdiri Cavid Nəzərov iclas iştirakçılarına “İnvestisiya şirkətləri” mövzusunda geniş təqdimat keçirmişdir. Bu təqdimat vasitəsilə Cavid Nəzərov  Assosiasiya üzvlərinə “Qiymətli kağızlar bazarı haqqında” Qanuna əsasən investisiya şirkətlərinin lisenziya almaq üçün müraciətlərinə iki mərhələli qaydada baxılması, lisenziyaların müddətsiz verilməsi, həmçinin investisiya şirkətlərinin nizamnamə kapitalının minimum miqdarı və formalaşdırılması qaydalarının nəzarət orqanı tərəfindən müəyyən olunması prosesinin təfərrüatları ətraflı izahını vermişdir. Daha sonra təqdimat və lisenziyalaşdırma ilə bağlı üzvləri maraqlandıran suallar Cavid Nəzərov tərəfindən cavablandırılmışdır.


Daha sonra 14 aprel 2015-ci il tarixli iclasda səsləndirilən təkliflərlə bağlı görülmüş tədbirlər, son görüşlərdə əldə olunmuş razılığa əsasən yaradılmış işçi qrupunun gördüyü işlər barəsində üzvlərə məlumat verildi. Sonda üzvlərə bildirildi ki, sentyabr ayında Assosiasiyanın növbəti görüşü gözlənilir


Image title



İnvestisiya şirkətlərinin renkinqi

Burada siz İnvestisiya şirkətlərinin renkinqi ilə tanış ola bilərsiniz.

ƏTRALI MƏLUMAT

Xəbərləri təqib et

Ölkəmizin qiymətli kağızlar bazarındakı yenilikləri buradan təqib edə bilərsiniz.

ƏTRALI MƏLUMAT

© 2017 AFBIA. Bütün hüquqlar qorunur. | Version 3.0 © 2007-2017