ÜZVLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ


Assosiasiyaya üzvlüyə qəbul İdarə Heyəti tərəfindən aparılır. Üzvlüyə daxil olmaq üçün Birliyin İdarə Heyətinə yazılı şəkildə müraciət edilir. Ərizəyə bir ay müddətində baxılır. Səsvermə nəticəsində İdarə Heyətinin üzvlərinin yarıdan çoxu bu məsələyə müsbət münasibətlərini bildirdikdə, ərizəçi üzvlüyə qəbul olunmuş hesab edilir.

Birliyin üzvləri bərabər hüquqlu olub aşağıdakı hüquqlara malikdir:       

  1. Nizamnamədə və digər normativ sənədlərdə nəzərdə tutulmuş qaydada təşkilatın idarəçiliyində iştirak etmək

  2. Birliyin hər hansı seçkili, o cümlədən rəhbər orqanını seçmək və ya həmin orqanlarda təmsil olunmaq

  3. Birliyin fəaliyyətində və təşkil etdiyi tədbirlərdə iştirak etmək

  4. Birliyin rəhbər orqanlarının fəaliyyəti haqqında məlumat almaq və nəzarət etmək

  5. Öz mənafelərinin müdafiəsi edilməsinə kömək göstərilməsi üçün Birliyə müraciət etmək

  6. onun hüquq və vəzifələri ilə bağlı hər hansı məsələnin müzakirəsində şəxsən iştirak etmək, Birliyin müvafiq orqanlarına etirazını bildirmək və şikayət etmək

  7. Birliyin üzvü ancaq Birliyin müvafiq orqanları səlahiyyət verdikdə, həmin orqanı təmsil edə və ya onun adından bəyanatla çıxış edə bilər.

Birliyin üzvləri aşağıdakı vəzifələri daşıyırlar: 

  1. Birliyin Nizamnaməsinə əməl etmək

  2. Birliyin seçkili orqanlarının qərarlarını yerinə yetirmək

  3. Birliyin tədbirlərində iştirak etmək


İnvestisiya şirkətlərinin renkinqi

Burada siz İnvestisiya şirkətlərinin renkinqi ilə tanış ola bilərsiniz.

ƏTRALI MƏLUMAT

Xəbərləri təqib et

Ölkəmizin qiymətli kağızlar bazarındakı yenilikləri buradan təqib edə bilərsiniz.

ƏTRALI MƏLUMAT

© 2017 AFBIA. Bütün hüquqlar qorunur. | Version 3.0 © 2007-2017