İletişim



Strateji Yol Xəritəsinə uyğun tədbirlər istiqamətində 

təkliflər müzakirə edilmişdir



24 noyabr 2017-ci il tarixində Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının növbəti Ümumi Yığıncağı keçirilmişdir. Yığıncağın keçirilməsində əsas məqsəd Strateji Yol Xəritəsinə uyğun olaraq nəzərdə tutulmuş tədbirlər istiqamətində hazırlanmış təkliflərin ətraflı müzakirəsi olmuşdur. Bu məqsədlə ölkəmizin qiymətli kağızlar bazarının peşəkar iştirakçıları: Bakı Fond Birjası, Milli Depozit Mərkəzi, İnvestisiya Şirkətlərinin və Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndələri bir araya gələrək gündəlikdə duran məsələlər üzrə təklifləri müzakirə etmişlər. Belə ki, Birjada listinqin stimullaşdırılması, qiymətli kağızlar bazarının tamamilə elektronlaşdırılması istiqamətində iclas iştirakçıları tərəfindən əhəmiyyətli təkliflər səsləndirilmiş və bu istiqamətlərdə gələcəkdə görüləcək növbəti addımlar müəyyənləşdirilmişdir.


Yığıncaq zamanı həmçinin Assosiasiyanın cari dövrdə həyata keçirilmiş fəaliyyətlər barədə Hesabat iştirakçılara təqdim edilmişdir. Bu barədə danışan İdarə Heyətinin sədri Ceyhun İbrahimov iclas iştirakçılarına bildirmişdir ki, cari dövrdə KİV ilə, həmçinin müvafiq təkliflər istiqamətində dövlət qurumları ilə əməkdaşlıq edilmişdir.


Sonda Assosiasiyanın bu dəfəki iclasının da məhsuldar olaraq qiymətləndirilmişdir.





İnvestisiya şirkətlərinin renkinqi

Burada siz İnvestisiya şirkətlərinin renkinqi ilə tanış ola bilərsiniz.

ƏTRALI MƏLUMAT

Xəbərləri təqib et

Ölkəmizin qiymətli kağızlar bazarındakı yenilikləri buradan təqib edə bilərsiniz.

ƏTRALI MƏLUMAT

© 2017 AFBIA. Bütün hüquqlar qorunur. | Version 3.0 © 2007-2017