XƏBƏRLƏR




Universitetlərdə maarifləndirmə tədbirləri davam edir
29.11.2018 17:43
AFBİA-nın təşkilatçılığı ilə “Azərbaycanın müasir kapital bazarı” mövzusunda növbəti təlimlər Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında keçirilmişdir.

29 noyabr 2018-ci il tarixində AFBİA, BFB və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının birgə təşkilatçılığı ilə “Azərbaycanın müasir kapital bazarı” mövzusunda tələbələr üçün növbəti təlim keçirilmişdir. Təlimdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasından tələbələrə Azərbaycan kapital bazarlarında ticarət prosesləri, Bakı Fond Birjası, bazar seqmentləri və investisiya şirkəti fəaliyyəti barədə ətraflı məlumat verilmişdir.

 

Bakı Fond Birjasının əməkdaşı Museyib Mehdiyev birjanın fəaliyyəti və bazar seqmentləri barədə, AFBİA-nın Baş mütəxəssisi Hüseynli Əli isə İnvestisiya imkanları, investisiya şirkətlərinin fəaliyyətləri barədə tələbələrə ətraflı məlumat vermişdir.

 

Təqdimatlardan sonra tələbələrin sualları cavablandırılmış, aktiv tələbələrə sertifatlar verilmişdir. Sonda Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Maliyyə və Mühasibat uçotu fakultəsinin dekanı Hicran Mirzəyeva təqdimatçılara və təşkilatçılara universitet adından təşəkkür etmiş, bu cür tədbirlərin mütəmadi olaraq keçirilməsi zəruriyyətindən danışmışdır.





AZƏRBAYCAN QİYMƏTLİ KAĞIZLAR BAZARI

Azərbaycan qiymətli kağızlar bazarının əsas statistik göstəriciləri barədə məlumatları buradan əldə edə bilərsiniz.


ƏTRAFLI

RENKİNQ

Bakı Fond Birjasında həyata keçirilən əqdlərin həcminə əsasən hazırlanmış İnvestisiya şirkətlərinin Renkinq cədvəli ilə buradan tanış ola bilərsiniz.

ƏTRAFLI

© 2017 AFBIA. Bütün hüquqlar qorunur. | Version 3.0 © 2007-2017