XƏBƏRLƏR
2024-cü il 23 sentyabr tarixində Asiya İnkişaf Bankının (AİB) ölkə nümayəndəliyinin ofisində sözügedən Bankın Azərbaycanda həyata keçirdiyi texniki yardım layihəsi çərçivəsində “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” (AFBİA) üzv təşkilatları üçün Suveren Yaşıl İstiqrazlar Çərçivəsi üzrə təlim proqramına start verilmişdir.
Tədbirdə AİB-in Azərbaycan ofisinin direktoru xanım Kandis MakDeyqan açılış qeydləri edərək, bu ilin noyabrında ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) vacibliyini vurğuladı. O, Azərbaycan hökumətinin yaşıl iqtisadiyyatın inkişaf etdirilməsini strateji prioritetlərindən biri kimi müəyyən etdiyini və iqlim maliyyələşməsi məsələlərinə xüsusi diqqət verdiyini qeyd etdi, eləcə də, AİB-in Azərbaycan hökumətinə mümkün dəstəyi göstərməyə hazır olduğunu bildirdi.
Daha sonra AİB-in ekspert komandası – cənab Mehman Abbas və cənab İoannis Filopoulus bu təlim proqramının ölkəmizdə yaşıl iqtisadiyyatın inkişafı və iqlim maliyyələşməsi təşəbbüslərinin dəstəklənməsi istiqamətində əhəmiyyətli olduğunu, habelə ölkəmizin fond bazarında yaşıl istiqrazların emissiyası və tədavülü üçün yerli investisiya şirkətlərinin potensialının gücləndirilməsi baxımından önəmli olduğunu bildirdi.
Suveren Yaşıl İstiqrazlar Çərçivəsinə dair regional və qlobal perspektivdə qabaqcıl beynəlxalq təcrübələrin təhlili ilə yanaşı yaşıl istiqrazlara maraq doğuran mövzuları əhatə edəcək bu təlim proqramı 5 (beş) gün davam edəcək.
AZƏRBAYCAN QİYMƏTLİ KAĞIZLAR BAZARI
Azərbaycan qiymətli kağızlar bazarının əsas statistik göstəriciləri barədə məlumatları buradan əldə edə bilərsiniz.
ƏTRAFLI
RENKİNQ
Bakı Fond Birjasında həyata keçirilən əqdlərin həcminə əsasən hazırlanmış İnvestisiya şirkətlərinin Renkinq cədvəli ilə buradan tanış ola bilərsiniz.
ƏTRAFLI