XƏBƏRLƏR




Suveren Yaşıl İstiqrazlar Çərçivəsi üzrə təlim proqramı başa çatmışdır
30.09.2024 17:11
AFBİA-nın üzv təşkilatları üçün Suveren Yaşıl İstiqrazlar Çərçivəsi üzrə 5 günlük təlim proqramı təşkil olunmuşdur.

2024-cü il 23-27 sentyabr tarixlərində Asiya İnkişaf Bankı (AİB) tərəfindən  “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası”nın üzv təşkilatları üçün "Suveren Yaşıl İstiqrazlar Çərçivəsi" üzrə təlim proqramı təşkil olunmuşdur. Təlim AİB-in Azərbaycanda həyata keçirdiyi texniki yardım layihəsi üzrə həyata keçirilmişdir.


Təlimçi cənab İoannis Filopoulus seminar zamanı iştirakçılara Suveren Yaşıl İstiqraz Çərçivəsi üzrə beynəlxalq standartlar, Yaşıl İstiqrazlara dair tələblər, habelə Yaşıl İstiqrazların buraxılışı ilə əlaqədar əsas mərhələlər - emissiyadan əvvəl, emissiya zamanı və sonrakı dövrlər daxil olmaqla ətraflı məlumat vermişdir.


Eyni zamanda, bu sahədə ən yaxşı beynəlxalq və regional təcrübələr də iştirakçılarla paylaşılmışdır.




AZƏRBAYCAN QİYMƏTLİ KAĞIZLAR BAZARI

Azərbaycan qiymətli kağızlar bazarının əsas statistik göstəriciləri barədə məlumatları buradan əldə edə bilərsiniz.


ƏTRAFLI

RENKİNQ

Bakı Fond Birjasında həyata keçirilən əqdlərin həcminə əsasən hazırlanmış İnvestisiya şirkətlərinin Renkinq cədvəli ilə buradan tanış ola bilərsiniz.

ƏTRAFLI

© 2017 AFBIA. Bütün hüquqlar qorunur. | Version 3.0 © 2007-2017