XƏBƏRLƏR




Qazaxıstan Maliyyəçilər Assosiasiyası ilə görüş keçirilmişdir
09.07.2024 18:30
Qazaxıstan Maliyyəçilər Assosiasiyasının Müşahidə Şurasının sədri Elena Baxmutova və sədrin birinci müavini İrina Kuşnareva ilə faydalı və məhsuldar görüş keçirilmişdir.

Ötən həftə AFBİA-nın İdarə Heyətinin sədri Ceyhun Hacıyevin Qazaxıstan Maliyyəçilər Assosiasiyasının Müşahidə Şurasının sədri Elena Baxmutova və sədrin birinci müavini İrina Kuşnareva ilə faydalı və məhsuldar görüşü keçirilmişdir. Görüş zamanı hər iki Assosiasiyanın nümayəndələri bir-birlərinin fəaliyyətləri ilə yaxından tanış olmuş və təcrübə mübadiləsi etmişlər. Bildirilmişdir ki, 25 illik fəaliyyət tarixçəsinə malik olan Qazaxıstan Maliyyəçilər Assosiasiyası fond birjası, mikromaliyyə, banklar da daxil olmaqla 100-dən çox üzvü ilə maliyyə bazarının inkişafına daim töhfə verir.  Həmçinin AFBİA-nın Azərbaycan kapital bazarındakı rolu barədə ətraflı məlumat verilmişdir.


Görüşdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması, hər iki ölkənin kapital bazarlarının inkişafına birlikdə daimi dəstək vermək üçün Assosiasiyalar arasında Əməkdaşlıq Memorandumunun imzalanmasına dair ilkin razılıq əldə olunmuşdur.


Image title






AZƏRBAYCAN QİYMƏTLİ KAĞIZLAR BAZARI

Azərbaycan qiymətli kağızlar bazarının əsas statistik göstəriciləri barədə məlumatları buradan əldə edə bilərsiniz.


ƏTRAFLI

RENKİNQ

Bakı Fond Birjasında həyata keçirilən əqdlərin həcminə əsasən hazırlanmış İnvestisiya şirkətlərinin Renkinq cədvəli ilə buradan tanış ola bilərsiniz.

ƏTRAFLI

© 2017 AFBIA. Bütün hüquqlar qorunur. | Version 3.0 © 2007-2017