XƏBƏRLƏR




Milli Depozit Mərkəzi depo hesabların açılması üzrə yeni arxitektura formalaşdırıb
03.07.2024 00:17
Yeni arxitektura, MDM üzvü olan investisiya şirkətləri tərəfindən öz müştərilərinə depo hesablarını məsafədən açmaq imkanı yaradıb.

 Milli Depozit Mərkəzi (MDM) tərəfindən depo hesabların açılması üzrə yeni arxitektura formalaşdırılıb. Yeni arxitektura, MDM üzvü olan investisiya şirkətləri tərəfindən öz müştərilərinə depo hesablarını məsafədən açmaq imkanı yaradıb.

 


Yeni arxitektura çərçivəsində, investisiya şirkətlərinin müştəriləri APİ (Application Programming Interface) vasitəsi ilə depo hesablarını məsafədən aça biləcəklər. Bu infrastrukturu təmin edən MDM üzvü olan investisiya şirkətlərində, müştərilərə aid mütləq xanalar doldurulduqdan sonra, depo hesablar avtomatik şəkildə yaranacaq. İnvestisiya şirkətləri tərəfindən məsafədən hesabların açılması praktikası Türkiyə, Almaniya, Böyük Britaniya və digər qabaqcıl ölkələrin təcrübəsinə uyğun olaraq müəyyən edilmişdir.


 
Bu yeni arxitektura, kapital bazarının inkişaf etdirilməsinə, investorlar üçün əlverilişli şəraitin yaradılmasını təmin etməklə, depo hesablarının açılmasını daha sürətli və asan edəcək, müştərilərin məmnuniyyətini artıracaq və investisiya fəaliyyətini daha effektiv həyata keçirilməsinə imkan verəcək.



AZƏRBAYCAN QİYMƏTLİ KAĞIZLAR BAZARI

Azərbaycan qiymətli kağızlar bazarının əsas statistik göstəriciləri barədə məlumatları buradan əldə edə bilərsiniz.


ƏTRAFLI

RENKİNQ

Bakı Fond Birjasında həyata keçirilən əqdlərin həcminə əsasən hazırlanmış İnvestisiya şirkətlərinin Renkinq cədvəli ilə buradan tanış ola bilərsiniz.

ƏTRAFLI

© 2017 AFBIA. Bütün hüquqlar qorunur. | Version 3.0 © 2007-2017