XƏBƏRLƏR




Maliyyə Savadlılığı çərçivəsində CFA təlim proqramının təqdimatı keçirilmişdir
12.06.2024 17:27
12 iyun 2024-cü il tarixində BFB və AFBİA-nın birgə təşkil etdiyi Maliyyə Savadlılığı çərçivəsində CFA təlim proqramının təqdimatı ilə bağlı dəyirmi masa təşkil edilmişdir

12 iyun 2024-cü il tarixində Bakı Fond Birjası və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının (AFBİA) birgə təşkil etdiyi Maliyyə Savadlılığı çərçivəsində CFA təlim proqramının təqdimatı ilə bağlı dəyirmi masa təşkil edilmişdir. Dəyirmi masada AFBİA-nın üzv şirkətlərinin əməkdaşları iştirak etmişdir.


Təqdimat Bakı Fond Birjasının insan resursları departamentinin direktoru Dinar Məmmədova tərəfindən keçirildi. İqtisadiyyatın inkişafının insan kapitalından birbaşa asılı olduğunu vurğulayan məruzəçi kapital bazarının çoxşaxəli və sürətli inkişafı üçün yeni peşə və ixtisaslara tələbin artdığını qeyd etdi. Təqdimat zamanı kapital bazarı, ümumilikdə maliyyə sektoru üçün vacib olan bacarıqların inkişafı sahəsində biliklərin artırılması və əmək bazarında ixtisaslı mütəxəssislərin hazırlanmasında CFA proqramının rolu barədə müzakirələr aparıldı.


Qeyd edək ki, cari ilin mart ayında Bakı Fond Birjası və CFA Society Istanbul, CFA Institute arasında memorandum imzalanmışdır. Memorandum çərçivəsində AFBİA-nın üzvü olan şirkətlərə xüsusi təlim proqramları təqdim olunacaqdır.


Image title


Image title






AZƏRBAYCAN QİYMƏTLİ KAĞIZLAR BAZARI

Azərbaycan qiymətli kağızlar bazarının əsas statistik göstəriciləri barədə məlumatları buradan əldə edə bilərsiniz.


ƏTRAFLI

RENKİNQ

Bakı Fond Birjasında həyata keçirilən əqdlərin həcminə əsasən hazırlanmış İnvestisiya şirkətlərinin Renkinq cədvəli ilə buradan tanış ola bilərsiniz.

ƏTRAFLI

© 2017 AFBIA. Bütün hüquqlar qorunur. | Version 3.0 © 2007-2017