XƏBƏRLƏR




Listinqlə bağlı yeniliklər və listinqin üstünlükləri barədə videokonfrans keçirilmişdir
20.04.2021 17:16
20 aprel 2021-ci il tarixində AFBİA-nın, BFB-nin birgə təşkilatçılığı ilə “Korporativ sektorda listinqlə bağlı yeniliklər və stimullaşdırma mexanizimləri” mövzusunda videokonfrans keçirilmişdir

20 aprel 2021-ci il tarixində Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının, Bakı Fond Birjasının, beynəlxalq maliyyə təşkilatları, konsaltinq, hüquq və audit şirkətlərinin işitrakı ilə “Korporativ sektorda listinqlə bağlı yeniliklər və stimullaşdırma mexanizimləri” mövzusunda videokonfrans keçirilmişdir.


Videokonfransın keçirilməsində məqsəd korporativ sektorda listinqin stimullaşdırılması və kapital bazarının inkişaf etdirilməsi üzrə həyata keçirilən tədbirlərin, o cümlədən korporativ sektorda listinqlə bağlı yeniliklərin biznes ictimaiyyətinə çatdırılmasıdır.


Videokonfransda Bakı Fond Birjasının və AFİBA-ya üzv olan investisiya şirkətlərinin nümayəndələri tərəfindən kapital bazarından maliyyə cəlb edilməsinin üsulları, cari ildə listinqin stimullaşdırılması üçün həyata keçirilmiş tədbirlər, listinqə müraciət edən şirkətlər üçün nəzərdə tutulan güzəştlər, Listinq Məsləhət Proqramı çərçivəsində emitentlər üçün təqdim olunan xidmətlər haqqında təqdimat keçirilmişdir. Görüş interaktiv formada keçirilmiş və iştirakçılarla birlikdə kapital bazarlarının inkişafı istiqamətində məhsuldar müzakirə aparılmışdır.


Kapital bazarı iştirakçıları tərəfindən kapital bazarı haqqında məlumatlılığın artırılması, yerli biznes mühitində qiymətli kağız buraxılışı təcrübəsinin və fond birjasında listinqin təşviq edilməsi istiqamətində davamlı olaraq maarifləndirici tədbirlər təşkil edilir.




AZƏRBAYCAN QİYMƏTLİ KAĞIZLAR BAZARI

Azərbaycan qiymətli kağızlar bazarının əsas statistik göstəriciləri barədə məlumatları buradan əldə edə bilərsiniz.


ƏTRAFLI

RENKİNQ

Bakı Fond Birjasında həyata keçirilən əqdlərin həcminə əsasən hazırlanmış İnvestisiya şirkətlərinin Renkinq cədvəli ilə buradan tanış ola bilərsiniz.

ƏTRAFLI

© 2017 AFBIA. Bütün hüquqlar qorunur. | Version 3.0 © 2007-2017