XƏBƏRLƏR




Korporativ istiqrazlar mövzusunda keçirilmiş müsabiqənin qalibləri müəyyənləşmişdir
30.09.2022 18:17
“Korporativ istiqrazlar: peşəkar təhlil və risk yanaşması” müsabiqəsinin final mərhələsi keçirilmişdir.


30 sentyabr 2022-ci il tarixində “Landmark” Hoteldə Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası (AFBİA) ilə Azərbaycan Banklar Assosiasiyasının (ABA) əməkdaşlığı çərçivəsində “Korporativ istiqrazlar: peşəkar təhlil və risk yanaşması” müsabiqəsinin final mərhələsi keçirilmişdir. Müsabiqənin əvvəlində AFBİA-nın İdarə Heyətinin Sədri Ceyhun Hacıyev çıxış edərək, ABA və Azərbaycan Respublikasının Mərkəzi Bankına göstərdikləri dəstəyə görə təşəkkürünü bildirmiş və bu cür tədbirlərin bank sektoru ilə kapital bazarının qarşılıqlı şəkildə inkişaf etməsinə şərait yaratdığını qeyd etmişdir. Eyni zamanda Azərbaycan Respublikası Mərkəzi Bankının və ABA-nın nümayəndələri də Ceyhun Hacıyevin fikrinə dəstək olaraq, müsabiqənin önəmini öz çıxışlarında qeyd etmişlər. Daha sonra birinci mərhələnin nəticələrinə əsasən münsiflər heyəti tərəfindən daha öncə seçilmiş 8 Bankın komandaları final mərhələsində ilk 3 yeri tutmaq üçün mübarizə aparmış və müsabiqənin sonunda aşağıdakı banklar müvafiq olaraq, birinci, ikinci və üçüncü yerlərin qalibləri olmuşdur:


1. Azərbaycan Beynəlxalq Bankı

2. Kapital Bank

3. PAŞA Bank


Müsabiqənin sonunda qaliblərə müvafiq sertifikatlar və mükafatlar təqdim olunmuşdur. Eyni zamanda bildirilmişdir ki, bu cür tədbirlər ölkəmizdə fəaliyyət göstərən bankların yerli korporativ istiqrazlara marağını daha da artıracaq, bankların risk departamentlərinin yerli kapital bazarına yeni yanaşmalar tətbiq etməsini stimullaşdırıcaq.


Image title



Image title


Image title


Image title


Image title









AZƏRBAYCAN QİYMƏTLİ KAĞIZLAR BAZARI

Azərbaycan qiymətli kağızlar bazarının əsas statistik göstəriciləri barədə məlumatları buradan əldə edə bilərsiniz.


ƏTRAFLI

RENKİNQ

Bakı Fond Birjasında həyata keçirilən əqdlərin həcminə əsasən hazırlanmış İnvestisiya şirkətlərinin Renkinq cədvəli ilə buradan tanış ola bilərsiniz.

ƏTRAFLI

© 2017 AFBIA. Bütün hüquqlar qorunur. | Version 3.0 © 2007-2017