XƏBƏRLƏR




"Kapital bazarları vasitəsilə maliyyələşmə və listinq" mövzusunda seminar keçirilmişdir
15.10.2018 18:13
Strateji Yol Xəritəsinin "Sahiblik düşüncə tərzinin təşviqi" prioriteti çərçivəsində MBNP və MBTM-nin birgə təşkilatçılığı, AFBİA-nın dəstəyi ilə seminar Azərbaycan Dövlət İqtisad Universitetində keçirilmişdir

Maliyyə savadlılığının artırılması, Strateji Yol Xəritəsinin "Sahiblik düşüncə tərzinin təşviqi" prioriteti çərçivəsində 15 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası və Palatanın Təlim Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının (AFBİA) dəstəyi ilə "Kapital Bazarları vasitəsilə maliyyələşmə və listinq" mövzusunda növbəti seminar Azərbaycan Dövlət İqtisad Universitetində 20 nəfər tələbənin iştirakı ilə həyata keçirilmişdir.


Palatanın əməkdaşı Namiq Quliyev tərəfindən kapital bazarlarından maliyyələşmə mövzusunda çıxışı, Bakı Fond Birjasının mütəxəssisi Müseyib Mehdiyevin Bakı Fond Bİrjasında listinq mövzusunda və AzFinance İnvestisiya şirkətinin əməkdaşı Tural Cəfərov tərəfindən kapital bazarlarında investisiya imkanlarına dair nəzəri və praktiki mövzuları əhatə edən təqdimatı tələbələr tərəfindən böyük maraqla qarşılanıb.


Geniş müzakirə və interaktivlik formatında keçən tədbirin ən aktiv iştirakçıları Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən sertifikatlarla təltif edildilər.




AZƏRBAYCAN QİYMƏTLİ KAĞIZLAR BAZARI

Azərbaycan qiymətli kağızlar bazarının əsas statistik göstəriciləri barədə məlumatları buradan əldə edə bilərsiniz.


ƏTRAFLI

RENKİNQ

Bakı Fond Birjasında həyata keçirilən əqdlərin həcminə əsasən hazırlanmış İnvestisiya şirkətlərinin Renkinq cədvəli ilə buradan tanış ola bilərsiniz.

ƏTRAFLI

© 2017 AFBIA. Bütün hüquqlar qorunur. | Version 3.0 © 2007-2017