XƏBƏRLƏR




“Kapital Bazarının İnfrastrukturu” mövzusunda seminar keçirilmişdir
08.06.2024 12:03
7 iyun 2024-cü il tarixində BFB və AFBİA-nın birgə təşkil etdiyi “Kapital Bazarının İnfrastrukturu” mövzusunda seminar keçirilmişdir və seminarda AFBİA-nın üzv şirkətlərinin rəhbərləri iştirak etmişdir.

7 iyun 2024-cü il tarixində Bakı Fond Birjası və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının (AFBİA) birgə təşkil etdiyi “Kapital Bazarının İnfrastrukturu” mövzusunda seminar keçirilmişdir. Seminarda AFBİA-nın üzv şirkətlərinin rəhbərləri iştirak etmişdir.


Seminar, Rusiya fond bazarının banilərindən biri, Maliyyə Bazarı Şurasının sədri, “Investment Partners” şirkətinin sahibi, “NP RTS” Assosiasiyasının Direktorlar Şurasının sədri, “Alor” Şirkətlər Qrupunun təsisçisi Qavrilenko Anatoliy Qriqoryeviç və onun rəhbərlik etdiyi heyət tərəfindən keçirilmişdir. 


Seminar zamanı Rusiya kapital bazarının keçdiyi inkişaf yolu, bazar işitrakçılarının inamının artırılması üçün həyata keçirilməsi mümkün olan strateji dəyişikliklər, bu sahə üzrə beynəlxalq təcrübə, eləcə də yerli kapital bazarının cari vəziyyəti, İPO (ilkin kütləvi təklif) imkanları, maliyyə savadlılığının artırılması haqqında müzakirələr aparılmışdır.


Seminarin sonunda Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası və Rusiyanın Fond Bazarı İştirakçılarının Milli Assosiasiyası arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalanmışdır. 





AZƏRBAYCAN QİYMƏTLİ KAĞIZLAR BAZARI

Azərbaycan qiymətli kağızlar bazarının əsas statistik göstəriciləri barədə məlumatları buradan əldə edə bilərsiniz.


ƏTRAFLI

RENKİNQ

Bakı Fond Birjasında həyata keçirilən əqdlərin həcminə əsasən hazırlanmış İnvestisiya şirkətlərinin Renkinq cədvəli ilə buradan tanış ola bilərsiniz.

ƏTRAFLI

© 2017 AFBIA. Bütün hüquqlar qorunur. | Version 3.0 © 2007-2017