XƏBƏRLƏR




İxtisas şəhadətnamələrinin alınması məqsədilə attestasiya keçirilməsi Qaydası qüvvəyə minir
28.06.2024 17:29
İnvestisiya xidmətlərinin həyata keçirilməsinə və investisiya fondlarının idarə edilməsinə dair ixtisas şəhadətnamələrinin alınması məqsədilə attestasiya keçirilməsi Qaydası 01.07.2024 tarixindən qüvvəyə minir

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 31 yanvar 2024-cü il tarixli qərarı ilə təsdiq edilmiş "İnvestisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsinə və investisiya fondlarının idarə edilməsinə dair ixtisas şəhadətnamələrinin alınması məqsədilə attestasiya keçirilməsi Qaydası" 1 iyul 2024-cü il tarixindən qüvvəyə minir.


İxtisas şəhadətnaməsi özlüyündə 3 (üç) növə bölünür və bu növlərə sahib olan investisiya şirkətləri müvafiq olaraq aşağıdakı xidmətləri həyata keçirirlər:

A növlü şəhadətnaməyə sahib olanlar:

- qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərini qəbul və icra etmək

- öhdəlik götürmədən və ya götürməklə qiymətli kağızları yerləşdirmək və anderraytinqini yerinə yetirmək,

- mərkəzi depozitarın və ya fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar aparmaq,

- marja ticarəti və müştərinin qiymətli kağız hesablarını idarə etmək

- qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin öhdəliklərlə yüklənməsi ilə bağlı əməliyyatları həyata keçirmək

- mərkəzi depozitarın üzvü qismində müştərinin qiymətli kağızlarını saxlamaq


B növ şəhadətnaməyə sahib şəxslər:

- fərdi investorların portfelinin idarə etmək


C növ şəhadətnaməyə sahib şəxslər isə:

- investisiya məsləhətləri vermək.


Azərbaycan Mərkəzi Bankına təqdim edilmiş sənədlərdə səhvlər və yaxud çatışmazlıqlar olmadıqda, 30 gün ərzində attestasiya təşkil ediləcək. Attestasiyanın yeri və keçirilmə tarixi isə azı 3 gün qalmış açıqlanacaq. Attestasiya üçün təqdim edilmiş sənədlərdə səhvlər və yaxud çatışmazlıqlar aşkar edildikdə namizədə aradan qaldırılması üçün 5 gün müddətində məlumat veriləcək.


Qeyd edək ki, əvvəlki qaydalara əsasən şəhadətnamə almış bütün şəxslərin 1 iyul 2024-cü il tarixindən başlayaraq 6 ay ərzində şəhadətnamələrini yeniləmək üçün Mərkəzi Banka müraciət etmələri zəruridir. İxtisas şəhadətnməsinin yenilənməsi üçün yenidən imtahan vermək tələb edilmir.




AZƏRBAYCAN QİYMƏTLİ KAĞIZLAR BAZARI

Azərbaycan qiymətli kağızlar bazarının əsas statistik göstəriciləri barədə məlumatları buradan əldə edə bilərsiniz.


ƏTRAFLI

RENKİNQ

Bakı Fond Birjasında həyata keçirilən əqdlərin həcminə əsasən hazırlanmış İnvestisiya şirkətlərinin Renkinq cədvəli ilə buradan tanış ola bilərsiniz.

ƏTRAFLI

© 2017 AFBIA. Bütün hüquqlar qorunur. | Version 3.0 © 2007-2017