XƏBƏRLƏR




“İnvestor” Stimullaşdırıcı lotereyasının üçüncü tirajının qalibləri müəyyənləşmişdir
14.09.2022 17:19
14.09.2022-ci il tarixində "İnvestor" Stimullaşdırıcı lotereyasının növbəti qalibləri müəyyənləşmişdir. Belə ki, 3 şanslı investor hər biri 1000 AZN qazanmışdır.

09 mart 2022-ci ildən başlayan “İnvestor” Stimullaşdırıcı lotereyasının növbəti, üçüncü, tirajı keçirilmişdir. İlk tirajda olduğu kimi bu dəfəki tiraj da Bakı Fond Birjasının inzibati binasında KİV nümayəndələrinin iştirakı ilə keçirilmiş və Bakı Fond Birjasının rəsmi Facebook səhifəsində canlı yayımlanmışdır. 


"İnvestor" Stimullaşdırıcı lotereyasının üçüncü tirajında 13 iyul- 13 sentyabr 2022-ci il tarixləri aralığında Bakı Fond Birjasında listinqdə olan korporativ istiqrazları almış və müvafiq şərtləri ödəyən investorların lotereya biletləri oynanılmışdır. Həmin lotereya biletlərinin içərisindən üç şanslı investor seçilərək hər biri 1000.00 AZN qazanmışdır. Beləliklə üçüncü tirajın qalibləri aşağıdakı şəxslər olmuşdur:


  • Elnur Ələkbərov (Bilet nömrəsi İST 0241)

  • Azər Mahmudov (Bilet nömrəsi İST 0697)

  • Əli Qədirov (Bilet nömrəsi İST 0741)


Qalibləri bir daha təbrik edir və bildiririk ki, “İnvestor” Stimullaşdırıcı lotereyası bundan sonra da istiqraz alıcılarını sevindirməkdə davam edəcəkdir. Belə ki, “İnvestor” Stimullaşdırıcı lotereyası ümumilikdə 4 tirajdan ibarətdir və aşağıdakı İnvestisiya Şirkətləri vasitəsilə Bakı Fond Birjasından korporativ istiqraz alan, 18 yaşı tamam olmuş şəxslərə 1000.00 AZN qazanmaq şansı təqdim edir:



İstiqraz al, İnvestor ol, 1000 AZN qazanmaq şansı əldə et! "İnvestor" Stimullaşdırıcı lotereya barədə daha ətraflı buradan məlumat əldə edə bilərsiniz.




AZƏRBAYCAN QİYMƏTLİ KAĞIZLAR BAZARI

Azərbaycan qiymətli kağızlar bazarının əsas statistik göstəriciləri barədə məlumatları buradan əldə edə bilərsiniz.


ƏTRAFLI

RENKİNQ

Bakı Fond Birjasında həyata keçirilən əqdlərin həcminə əsasən hazırlanmış İnvestisiya şirkətlərinin Renkinq cədvəli ilə buradan tanış ola bilərsiniz.

ƏTRAFLI

© 2017 AFBIA. Bütün hüquqlar qorunur. | Version 3.0 © 2007-2017