XƏBƏRLƏR




“İnvestor” Stimullaşdırıcı lotereyasının sonuncu tirajının qalibləri müəyyənləşmişdir
15.11.2022 17:28
15.11.2022-ci il tarixində "İnvestor" Stimullaşdırıcı lotereyasının son tirajının qalibləri müəyyənləşmişdir. Bununla da "İnvestor" Stimullaşdırıcı lotereyası uğurla yekunlaşmışdır.

09 mart 2022-ci ildən başlayan “İnvestor” Stimullaşdırıcı lotereyasının sonuncu, dördüncü, tirajı keçirilmişdir. İlk tirajda olduğu kimi bu dəfəki tiraj da Bakı Fond Birjasının inzibati binasında KİV nümayəndələrinin iştirakı ilə keçirilmiş və Bakı Fond Birjasının rəsmi Facebook səhifəsində canlı yayımlanmışdır. 


"İnvestor" Stimullaşdırıcı lotereyasının dördüncü tirajında 14 sentyabr-14 noyabr 2022-ci il tarixləri aralığında Bakı Fond Birjasında listinqdə olan korporativ istiqrazları almış və müvafiq şərtləri ödəyən investorların lotereya biletləri oynanılmışdır. Həmin lotereya biletlərinin içərisindən üç şanslı investor seçilərək hər biri 1000.00 AZN qazanmışdır. Beləliklə sonuncu, dördüncü, tirajın qalibləri aşağıdakı şəxslər olmuşdur:


  • İrina Yakovenko (Bilet nömrəsi İST 0773)

  • Elçin Eyvazov (Bilet nömrəsi İST 0257)

  • Jozef Jaroslaw Dawidczyk (Bilet nömrəsi İST 0708)


Qalibləri bir daha təbrik edir və gələcək investisiyalarında da bol uğurlar arzu edirik.

Qeyd edək ki, “İnvestor” Stimullaşdırıcı lotereyası ümumilikdə 4 tirajdan ibarət olmuşdur və hər tirajda  3 şanslı investor hər biri 1000.00 AZN qazanmışdır. 




AZƏRBAYCAN QİYMƏTLİ KAĞIZLAR BAZARI

Azərbaycan qiymətli kağızlar bazarının əsas statistik göstəriciləri barədə məlumatları buradan əldə edə bilərsiniz.


ƏTRAFLI

RENKİNQ

Bakı Fond Birjasında həyata keçirilən əqdlərin həcminə əsasən hazırlanmış İnvestisiya şirkətlərinin Renkinq cədvəli ilə buradan tanış ola bilərsiniz.

ƏTRAFLI

© 2017 AFBIA. Bütün hüquqlar qorunur. | Version 3.0 © 2007-2017