XƏBƏRLƏR




“İnvestor” Stimullaşdırıcı lotereyasının ilk tirajının qalibləri müəyyənləşmişdir
10.05.2022 17:40
09 mart 2022-ci ildən başlayan “İnvestor” Stimullaşdırıcı lotereyasının 10 may 2022-ci il tarixində ilk tirajı keçirilmiş və 3 şanslı investor hər biri 1000 AZN qazanmışdır.

09 mart 2022-ci ildən başlayan “İnvestor” Stimullaşdırıcı lotereyasının 10 may 2022-ci il tarixində ilk tirajı keçirilmişdir. İlk tiraj Bakı Fond Birjasının inzibati binasında KİV nümayəndələrinin iştirakı ilə keçirilmiş və Bakı Fond Birjasının rəsmi Facebook səhifəsində canlı yayımlanmışdır. 


İlk tirajda 09 mart- 09 may tarixlərində müvafiq şərtləri ödəyən lotereya biletləri oynanılmışdır və həmin lotereya biletlərinin içərisindən üç şanslı investor seçilərək hər birinə 1000.00 AZN qazanmışdır. İlk tirajın qaliblərini siz də tanıyın:


  • Rəşad Əliyev (Bilet nömrəsi İST0238)

  • Kamal Hüseynov (Bilet nömrəsi İST0253)

  • Bahar Cahangirova (Bilet nömrəsi İST0666)


Qalibləri bir daha təbrik edir və bildiririk ki, “İnvestor” Stimullaşdırıcı lotereyası bundan sonra da istiqraz alıcılarını sevindirməkdə davam edəcəkdir. Belə ki, “İnvestor” Stimullaşdırıcı lotereyası ümumilikdə 4 tirajdan ibarətdir və aşağıdakı İnvestisiya Şirkətləri vasitəsilə Bakı Fond Birjasından korporativ istiqraz alan, 18 yaşı tamam olmuş şəxslərə 1000.00 AZN qazanmaq şansı təqdim edir:



İstiqraz al, İnvestor ol, 1000 AZN qazanmaq şansı əldə et! "İnvestor" Stimullaşdırıcı lotereya barədə daha ətraflı buradan məlumat əldə edə bilərsiniz.

Image title

Image title









AZƏRBAYCAN QİYMƏTLİ KAĞIZLAR BAZARI

Azərbaycan qiymətli kağızlar bazarının əsas statistik göstəriciləri barədə məlumatları buradan əldə edə bilərsiniz.


ƏTRAFLI

RENKİNQ

Bakı Fond Birjasında həyata keçirilən əqdlərin həcminə əsasən hazırlanmış İnvestisiya şirkətlərinin Renkinq cədvəli ilə buradan tanış ola bilərsiniz.

ƏTRAFLI

© 2017 AFBIA. Bütün hüquqlar qorunur. | Version 3.0 © 2007-2017