XƏBƏRLƏR




“İnvestor” Stimullaşdırıcı lotereyasının ikinci tirajının qalibləri müəyyənləşmişdir
13.07.2022 16:22
13 iyul 2022-ci il tarixində “İnvestor” Stimullaşdırıcı lotereyasının ikinci tirajı keçirilmiş və 3 şanslı investor hər biri 1000 AZN qazanmışdır.

09 mart 2022-ci ildən başlayan “İnvestor” Stimullaşdırıcı lotereyasının növbəti, ikinci, tirajı keçirilmişdir. İlk tirajda olduğu kimi bu dəfəki tiraj da Bakı Fond Birjasının inzibati binasında KİV nümayəndələrinin iştirakı ilə keçirilmiş və Bakı Fond Birjasının rəsmi Facebook səhifəsində canlı yayımlanmışdır. 


"İnvestor" Stimullaşdırıcı lotereyasının ikinci tirajında 10 may- 10 iyul tarixləri aralığında Bakı Fond Birjasında listinqdə olan korporativ istiqrazları almış və müvafiq şərtləri ödəyən investorların lotereya biletləri oynanılmışdır. Həmin lotereya biletlərinin içərisindən üç şanslı investor seçilərək hər birinə 1000.00 AZN qazanmışdır. Beləliklə ikinci tirajın qalibləri aşağıdakı şəxslər olmuşdur:


  • Reyhan Əhmədova (Bilet nömrəsi İST0648)

  • Samir Orucov (Bilet nömrəsi İST0671)

  • Rişad Əliyev (Bilet nömrəsi İST0894)


Qalibləri bir daha təbrik edir və bildiririk ki, “İnvestor” Stimullaşdırıcı lotereyası bundan sonra da istiqraz alıcılarını sevindirməkdə davam edəcəkdir. Belə ki, “İnvestor” Stimullaşdırıcı lotereyası ümumilikdə 4 tirajdan ibarətdir və aşağıdakı İnvestisiya Şirkətləri vasitəsilə Bakı Fond Birjasından korporativ istiqraz alan, 18 yaşı tamam olmuş şəxslərə 1000.00 AZN qazanmaq şansı təqdim edir:



İstiqraz al, İnvestor ol, 1000 AZN qazanmaq şansı əldə et! "İnvestor" Stimullaşdırıcı lotereya barədə daha ətraflı buradan məlumat əldə edə bilərsiniz.


Image title


Image title






AZƏRBAYCAN QİYMƏTLİ KAĞIZLAR BAZARI

Azərbaycan qiymətli kağızlar bazarının əsas statistik göstəriciləri barədə məlumatları buradan əldə edə bilərsiniz.


ƏTRAFLI

RENKİNQ

Bakı Fond Birjasında həyata keçirilən əqdlərin həcminə əsasən hazırlanmış İnvestisiya şirkətlərinin Renkinq cədvəli ilə buradan tanış ola bilərsiniz.

ƏTRAFLI

© 2017 AFBIA. Bütün hüquqlar qorunur. | Version 3.0 © 2007-2017