XƏBƏRLƏR




İnvestisiya Şirkətlərinin Mərkəzi Bankın rəhbərliyi ilə görüşü keçirilmişdir
08.02.2020 10:07
07.02.2020-ci tarixində Azərbaycan Respublikası Mərkəzi Bankında İnvestisiya şirkətlərinin nümayəndələrinin Mərkəzi Bankın rəhbərliyi ilə görüşü keçirilmişdir.

07.02.2020-ci tarixində Azərbaycan Respublikası Mərkəzi Bankında İnvestisiya şirkətlərinin nümayəndələrinin Mərkəzi Bankın rəhbərliyi ilə görüşü keçirilmişdir. Görüşdə Mərkəzi Bankın Kapital bazarına cavabdeh şəxsi: Baş Direktor Əli Əhmədov, AFBİA-nın sədri və Azərbaycan qiymətli kağızlar bazarında fəaliyyət göstərən bütün İnvestisiya Şirkətləri: İnvestAZ İ.Ş., AzFinance İ.Ş., Paşa Kapital İ.Ş., Unicapital İ.Ş., Xalq Kapital İ.Ş., PSG-Kapital İ.Ş., BTB Kapital İ.Ş., Plato Capital and Co. İ.Ş. nümayəndələri  iştirak etmişdir. 


Görüş zamanı Azərbaycan Respublikası Mərkəzi Bankının yeni Baş direktoru, Əli Əhmədov giriş sözü ilə çıxış edərək bu günki görüşün əsas məqsədinin ilkin tanışlıq olduğunu bildirmiş, həmçinin sektorun qarşılaşdığı çətinliklər, gələcək prespektivlər və Azərbaycan qiymətli kağızlar bazarının inkişafı ilə bağlı təkliflərlə şəxsən tanış olmuş, bu istiqamətlərdə Mərkəzi Bankın ilkin mövqeyini iclas iştirakçılarının diqqətinə çatdırmışdır.


Görüş zamanı həmçinin, cənab Prezident İlham Əliyevin xüsusi önəm verdiyi real sektorun maliyyələşməsi yolları müzakirə edilmiş, bu istiqamətdə İnvestisiya şirkətlərinin və bütövlükdə qiymətli kağızlar bazarının önəmliliyi vurğulanmışdır. Görüşün sonunda Azərbaycan qiymətli kağızlar bazarının inkişafı üçün Nəzarətedici Orqanla peşəkar iştirakçıların birgə əməkdaşlığının əhəmiyyəti xüsusilə qeyd edilmiş və qanunvericilik aktlarına dəyişikliklər zamanı birgə fəaliyyət göstəriləcəyi bildirilmişdir. Bundan başqa ölkəmizdə İnvestisiya Bankçılığının önəmi bir daha vurğulanmışdır.





AZƏRBAYCAN QİYMƏTLİ KAĞIZLAR BAZARI

Azərbaycan qiymətli kağızlar bazarının əsas statistik göstəriciləri barədə məlumatları buradan əldə edə bilərsiniz.


ƏTRAFLI

RENKİNQ

Bakı Fond Birjasında həyata keçirilən əqdlərin həcminə əsasən hazırlanmış İnvestisiya şirkətlərinin Renkinq cədvəli ilə buradan tanış ola bilərsiniz.

ƏTRAFLI

© 2017 AFBIA. Bütün hüquqlar qorunur. | Version 3.0 © 2007-2017