XƏBƏRLƏR




"Embafinans" MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
08.11.2019 17:13
İstiqrazların yerləşdirilməsi 14 noyabr 2019-cu il tarixində BFB-də birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
8 noyabr 2019-cu il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Embafinans” MMC-nin AZ2005020600 İSİN-li, hər birinin nominal dəyəri 1000 AZN olan 1000
ədəd, sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.


İstiqrazların yerləşdirilməsi 14 noyabr 2019-cu il tarixində BFB-də birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.


Emissiya prospektinin 14.14 bəndinə əsasən
emitent tərəfindən təmin olunur
İstiqrazın növüAdlı, faizli, təmin edilməmiş
Qiymətli kağızın ISIN kodu
AZ2005020600
Hərraca çıxarılan həcm
 1 000 000 AZN
İstiqrazın nominal dəyəri
1000АZN
Hərrac qiyməti
1000АZN
İstiqrazın tədavül müddəti
 365 gün
Faiz dərəcəsi
10.5 %
Faiz ödənişləri müddəti
Hər 1 (bir) təqvim ayından bir
Geri satınalma şərti
Anderrayter
“Unicapital İŞ” ASC


İstiqrazların emissiya prospektini Bakı Fond Birjasının internet səhifəsində “Emitentlər” bölməsindən əldə edə bilərsiniz. https://bfb.az/teqdimat/
BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.



AZƏRBAYCAN QİYMƏTLİ KAĞIZLAR BAZARI

Azərbaycan qiymətli kağızlar bazarının əsas statistik göstəriciləri barədə məlumatları buradan əldə edə bilərsiniz.


ƏTRAFLI

RENKİNQ

Bakı Fond Birjasında həyata keçirilən əqdlərin həcminə əsasən hazırlanmış İnvestisiya şirkətlərinin Renkinq cədvəli ilə buradan tanış ola bilərsiniz.

ƏTRAFLI

© 2017 AFBIA. Bütün hüquqlar qorunur. | Version 3.0 © 2007-2017