XƏBƏRLƏR




DİA-da kapital bazarları haqqında növbəti seminar keçirilib
24.10.2019 16:15
Seminarda MBNP-nin, BFB-nin və AFBİA-nın nümayəndələri tərəfindən səhm və istiqraz bazarları, qiymətli kağızların emissiyası, birjada kütləvi ticarət və investisiya imkanları haqqında tələbələrə ətraflı məlumat verilib.

Azərbaycan Respublikasının Prezidentinin 06 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”də nəzərdə tutulmuş maliyyə savadlılığının artırılması istiqamətində tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında iqtisadiyyat ixtisası üzrə təhsil alan tələbələrə “Kapital bazarı alətləri və infrastrukturu” mövzusunda maarifləndirici seminar keçirib.


Seminarda Maliyyə Bazarlarına Nəzarət Palatasının, Bakı Fond Birjasının və Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının nümayəndələri tərəfindən dünyada və Azərbaycanda səhm və istiqraz bazarları, qiymətli kağızların emissiyası, fond birjasında kütləvi ticarət və bazarlara investisiyalar haqqında tələbələrə ətraflı məlumat verilib.


İnteraktiv formada keçirilən seminar çərçivəsində kapital bazarı alətləri və infrastrukturu, kapital bazarlarından maliyyələşmə, kapital bazarlarında investisiyalar, investisiya xidmətlərinin növlərinə dair nəzəri və praktiki mövzuları əhatə edən təqdimat mövzuları müzakirə olunub.




AZƏRBAYCAN QİYMƏTLİ KAĞIZLAR BAZARI

Azərbaycan qiymətli kağızlar bazarının əsas statistik göstəriciləri barədə məlumatları buradan əldə edə bilərsiniz.


ƏTRAFLI

RENKİNQ

Bakı Fond Birjasında həyata keçirilən əqdlərin həcminə əsasən hazırlanmış İnvestisiya şirkətlərinin Renkinq cədvəli ilə buradan tanış ola bilərsiniz.

ƏTRAFLI

© 2017 AFBIA. Bütün hüquqlar qorunur. | Version 3.0 © 2007-2017