XƏBƏRLƏR




Böyük Britaniyanın Azərbaycandakı səfirliyi ilə görüş keçirilmişdir
26.09.2024 12:17
25 sentyabr 2024-cü il tarixində AFBİA-nın ofisində Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin nümayəndələri xanım Klaudiya Farley və Vüsal Hüseynovun iştirakı ilə işgüzar görüş keçirilmişdir.

25 sentyabr 2024-cü il tarixində Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının (AFBİA) ofisində Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin nümayəndələri xanım Klaudiya Farley və Vüsal Hüseynovun iştirakı ilə işgüzar görüş keçirilmişdir.


Görüşdə Bakı Fond Birjasının Müşahidə Şurasının sədri Fərid Axundov yerli kapital bazarının ekosistemi və bazar iştirakçıları barədə ətraflı məlumat verdi. Cənab Axundov həmçinin Böyük Britaniyanın maliyyə institutlarının və kapital bazarının qabaqcıl təcrübəsindən faydalanmaq və onlarla əməkdaşlığı genişləndirmək məqsədilə təcrübə mübadiləsinin önəmini vurğuladı. O, yerli maliyyə bazarında qadın investorların və peşəkarların sayının artırılmasını xüsusi qeyd etdi.


AFBİA-nın İcraçı Direktoru Murad Yəhyayev isə yerli kapital bazarının son illərdə əldə etdiyi nailiyyətlər, mövcud vəziyyət və inkişaf perspektivləri haqqında ətraflı məlumat verdi, O, Assosiasiyanın fəaliyyət planının əsas istiqamətləri haqqında qonaqları məlumatlandırdı.


Görüşün əsas məqsədi yerli kapital bazarında beynəlxalq təcrübəni təşviq etmək, eləcə də beynəlxalq maliyyə institutları ilə daha güclü və sıx əlaqələrin qurulmasına töhfə vermək olmuşdur.




AZƏRBAYCAN QİYMƏTLİ KAĞIZLAR BAZARI

Azərbaycan qiymətli kağızlar bazarının əsas statistik göstəriciləri barədə məlumatları buradan əldə edə bilərsiniz.


ƏTRAFLI

RENKİNQ

Bakı Fond Birjasında həyata keçirilən əqdlərin həcminə əsasən hazırlanmış İnvestisiya şirkətlərinin Renkinq cədvəli ilə buradan tanış ola bilərsiniz.

ƏTRAFLI

© 2017 AFBIA. Bütün hüquqlar qorunur. | Version 3.0 © 2007-2017