XƏBƏRLƏR




Biznes subyektlərinin əməkdaşlarına kapital bazarları barədə ətraflı məlumat verilmişdir
30.10.2018 15:39
Maliyyə Bazarları üzrə Təlim Mərkəzində "Kapital Bazarında maliyyələşmə, listinq və investisiyalar" mövzusundakı növbəti seminar biznes subyektlərinin əməkdaşları üçün keçirilmişdir.

“Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” nin "Maliyyə Savadlılığının artırılması" prioriteti çərçivəsində 30 oktyabr 2018-ci il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatası Təlim və Maarifləndirmə Mərkəzində "Kapital bazarlarında maliyyələşmə, listinq və investisiyalar" mövzusu üzrə maliyyə bazarları subyektlərinin əməkdaşlarına təlim proqramı keçirilmişdir.


Təlimdə Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə bazarlarına nəzarət departamentinin böyük analitiki Arif Cəlilovun təqdimatında "Kapital bazarları vasitəsi ilə maliyyələşmə" mövzusu üzrə, Bakı Fond Birjasının Biznesin inkişafı qrupunun aparıcı mütəxəssisi Müseyyib Mehdiyevin təqdimatında "Listinq məsləhət proqramı" mövzusu üzrə və Maliyyə bazarları üzrə ekspert Cəfər İbrahimli tərəfindən "Kapital Bazarları və İPO-nun üstünlükləri" mövzuları üzrə təlim keçirilmişdir.




AZƏRBAYCAN QİYMƏTLİ KAĞIZLAR BAZARI

Azərbaycan qiymətli kağızlar bazarının əsas statistik göstəriciləri barədə məlumatları buradan əldə edə bilərsiniz.


ƏTRAFLI

RENKİNQ

Bakı Fond Birjasında həyata keçirilən əqdlərin həcminə əsasən hazırlanmış İnvestisiya şirkətlərinin Renkinq cədvəli ilə buradan tanış ola bilərsiniz.

ƏTRAFLI

© 2017 AFBIA. Bütün hüquqlar qorunur. | Version 3.0 © 2007-2017