XƏBƏRLƏR




Bakı Fond Birjası yeni brend kimliyini təqdim edib
20.09.2024 12:07
Dəyişikliklər əsas dəyərləri dürüstlük, davamlı inkişaf və tərəfdaşlıq olan Bakı Fond Birjasının yeni brend kimliyində vizual olmaqla yanaşı, həmçinin, yeni strategiyasının təşəbbüslərində də əks olunub.

Bakı Fond Birjası (BFB) yeni brend kimliyini təqdim edib.

Dəyişikliklər əsas dəyərləri dürüstlük, davamlı inkişaf və tərəfdaşlıq olan Bakı Fond Birjasının yeni brend kimliyində vizual olmaqla yanaşı, həmçinin, yeni strategiyasının təşəbbüslərində də əks olunub. Brendin yenilənməsi birjanın bazar iştirakçıları və tərəfdaşları ilə münasibətlərini daha şəffaf və etibarlı şəkildə quraraq, qarşılıqlı əlaqələri yeni bir çərçivəyə salmaq niyyətini özündə birləşdirir. Bu münasibətlər də, öz növbəsində, Bakı Fond Birjasının beynəlxalq miqyasda rəqabət qabiliyyətini artırmaqla yanaşı, yerli bazarda yeni imkanlar açılmasına yol açır.

Tədbirdə iştirak edən dövlət qurumlarının nümayəndələri, yerli və beynəlxalq təşkilatlar, həmçinin xarici fond birjalarının təmsilçiləri Bakı Fond Birjasının bu vacib addımını dəstəkləyərək BFB-nin kapital bazarının inkişafında mühüm rol oynadığına dair öz fikirlərini bölüşüblər.

Növbəti gün – sentyabrın 19-da BFB-nin İdarə Heyətinin üzvlərinin iştirakı ilə mətbuat konfransı keçirilib. Mətbuat konfransında çıxış edən BFB-nin İdarə heyətinin sədri Ruslan Xəlilov yeni brend kimliyinin şirkətin gələcək planları ilə necə uyğunlaşdırıldığını təqdim edib. O, sözügedən dəyişikliklərin BFB-nin yerli kapital bazarı iştirakçıları arasındakı yerini daha da möhkəmlədəcəyini vurğulayaraq bu prosesin şirkətə yeni imkanlar təqdim edəcəyini bildirib. Sonda BFB-nin İdarə Heyətinin üzvləri jurnalistlərin suallarını cavablayıb.

30 ilə yaxın təcrübəsi ilə ölkənin kapital bazarlarına töhfə verən Bakı Fond Birjasının məqsədlərindən biri də maliyyə bazarları ilə bağlı məlumatları geniş auditoriyaya daha əhatəli və əlçatan tərzdə təqdim etməkdir. Bununla da Birja, bazar iştirakçıları ilə cəmiyyət arasında şəffaf və davamlı məlumat mübadiləsinin yeni səviyyəyə çatdırılmasını hədəfləyir.




AZƏRBAYCAN QİYMƏTLİ KAĞIZLAR BAZARI

Azərbaycan qiymətli kağızlar bazarının əsas statistik göstəriciləri barədə məlumatları buradan əldə edə bilərsiniz.


ƏTRAFLI

RENKİNQ

Bakı Fond Birjasında həyata keçirilən əqdlərin həcminə əsasən hazırlanmış İnvestisiya şirkətlərinin Renkinq cədvəli ilə buradan tanış ola bilərsiniz.

ƏTRAFLI

© 2017 AFBIA. Bütün hüquqlar qorunur. | Version 3.0 © 2007-2017