XƏBƏRLƏR




Azərbaycan Turizm və Menecment Universitetində seminar keçirilmişdir
16.11.2018 17:04
16 noyabr 2018-ci il tarixində AFBİA, BFB və Azərbaycan Turizm və Menecment Universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycanın müasir kapital bazarı” mövzusunda tələbələr üçün təlim keçirilmişdir.

16 noyabr 2018-ci il tarixində AFBİA, BFB və Azərbaycan Turizm və Menecment Universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycanın müasir kapital bazarı” mövzusunda tələbələr üçün təlim keçirilmişdir. Təlimdə Azərbaycan Turizm və Menecment Universitetinin İqtisadiyyat və Menecment kafedrasından tələbələrə Azərbaycan kapital bazarlarında ticarət prosesləri, Bakı Fond Birjası, bazar seqmentləri və investisiya şirkəti fəaliyyəti barədə ətraflı məlumat verilmişdir. Belə ki, Bakı Fond Birjasının əməkdaşı Museyib Mehdiyev birjanın fəaliyyəti və bazar seqmentləri barədə, Paşa Kapital İnvestisiya şirkətinin direktor müavini Tələt Kalayev isə İnvestisiya imkanları, investisiya şirkətlərinin fəaliyyətləri barədə tələbələrə ətraflı məlumat vermişdir.


Təqdimatlardan sonra tələbələrin sualları cavablandırılmışdır. Sonda Azərbaycan Turizm və Menecment Universitetinin İqtisadiyyat kafedrasının müdiri Vüqar Nəzərov təqdimatçılara və təşkilatçılara universitet adından təşəkkürnamə təqdim etmişdir. Bu cür tədbirlərin tələbələr üçün önəmli olduğunu qeyd edən Vüqar Nəzərov kapital bazarlarının peşəkar iştirakçıları ilə əməkdaşlıqdan məmnuniyyətlərini bildirmişdir.





AZƏRBAYCAN QİYMƏTLİ KAĞIZLAR BAZARI

Azərbaycan qiymətli kağızlar bazarının əsas statistik göstəriciləri barədə məlumatları buradan əldə edə bilərsiniz.


ƏTRAFLI

RENKİNQ

Bakı Fond Birjasında həyata keçirilən əqdlərin həcminə əsasən hazırlanmış İnvestisiya şirkətlərinin Renkinq cədvəli ilə buradan tanış ola bilərsiniz.

ƏTRAFLI

© 2017 AFBIA. Bütün hüquqlar qorunur. | Version 3.0 © 2007-2017