XƏBƏRLƏR




Azərbaycan Turizm və Menecment Universitetində növbəti seminar keçirilmişdir
25.04.2019 15:16
Seminarda MBNP-nın, BFB-nin və AFBİA-nın mütəxəssisləri tərəfindən təqdim olunan mövzular tələbələr tərəfindən böyük maraqla qarşılanıb

Azərbaycan Respublikasının Prezidentinin 06 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş sahiblik düşüncə tərzinin dəyişdirilməsi və maliyyə savadlılığının artırılması istiqamətində tədbirlərdən biri olaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Azərbaycan Turizm və Menecment Universitetində qiymətli kağızlar bazarı haqqında maarifləndirici seminar keçirilib.


Seminarda Maliyyə Bazarlarına Nəzarət Palatasının, Bakı Fond Birjasının və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının mütəxəssisləri tərəfindən təqdim olunan mövzular tələbələr tərəfindən böyük maraqla qarşılanıb.


İnteraktiv metodlar və dialoq formasında keçirilən seminar çərçivəsində qiymətli kağızlar bazarının iştirakçıları və alətləri, investisiya qiymətli kağızları, kapital bazarlarında maliyyələşmə, investisiya xidmətlərinin növləri və emitentlərin Bakı Fond Birjasında listinqinə dair nəzəri və praktiki mövzuları əhatə edən təqdimat mövzuları müzakirə olunub.


Təcrübə və diskussiyalarla zəngin olan təlimdə 40 tələbə iştirak edib.

Mənbə: Maliyyə Bazarlarına Nəzarət Palatası




AZƏRBAYCAN QİYMƏTLİ KAĞIZLAR BAZARI

Azərbaycan qiymətli kağızlar bazarının əsas statistik göstəriciləri barədə məlumatları buradan əldə edə bilərsiniz.


ƏTRAFLI

RENKİNQ

Bakı Fond Birjasında həyata keçirilən əqdlərin həcminə əsasən hazırlanmış İnvestisiya şirkətlərinin Renkinq cədvəli ilə buradan tanış ola bilərsiniz.

ƏTRAFLI

© 2017 AFBIA. Bütün hüquqlar qorunur. | Version 3.0 © 2007-2017