XƏBƏRLƏR




“Anderraytinq və Aktivlərin İdarəedilməsi” mövzusunda seminar keçirilmişdir
11.06.2024 17:38
11 iyun 2024-cü il tarixində BFB və AFBİA birgə təşkil etdiyi “Anderraytinq və Aktivlərin İdarə Edilməsi” mövzusunda seminar keçirilmişdir və seminarda AFBİA-nın üzvlərinin əməkdaşları iştirak etmişdir

11 iyun 2024-cü il tarixində Bakı Fond Birjası və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının (AFBİA) birgə təşkil etdiyi “Anderraytinq və Aktivlərin İdarə Edilməsi” mövzusunda seminar keçirilmişdir. Seminarda AFBİA-nın üzv şirkətlərinin əməkdaşları iştirak etmişdir.


Seminar, bank sahəsində 50 ilə yaxın böyük təcrübəyə malik cənab Padikkal Abdurrahiman tərəfindən keçirilmişdir. Cənab P. Abdurrahiman HSBC Azərbaycan və HSBC Qazaxıstanda korporativ bankçılıq, ticarət, kredit, risklərin idarə edilməsi və nəzarəti, Paşa Bank Azərbaycan, Türkiyə və Gürcüstanda kredit və risk sahəsində çalışmışdır.


Padikkal Abdurrahiman seminar zamanı yerli kapital bazarı, qiymətli kağız yerləşdirməsi planlaşdıran emitentin maliyyə vəziyyətinin qiymətləndirilməsinin vacibliyini xüsusi vurğuladı. Qiymətləndirmə zamanı nəzərə alınacaq pozitiv və neqativ nüanslar, öncədən nəzərə çarpa biləcək risklər və onların qiymətləndirilməsi haqqında geniş müzakirələr aparıldı.


Image title

Image title


Image title






AZƏRBAYCAN QİYMƏTLİ KAĞIZLAR BAZARI

Azərbaycan qiymətli kağızlar bazarının əsas statistik göstəriciləri barədə məlumatları buradan əldə edə bilərsiniz.


ƏTRAFLI

RENKİNQ

Bakı Fond Birjasında həyata keçirilən əqdlərin həcminə əsasən hazırlanmış İnvestisiya şirkətlərinin Renkinq cədvəli ilə buradan tanış ola bilərsiniz.

ƏTRAFLI

© 2017 AFBIA. Bütün hüquqlar qorunur. | Version 3.0 © 2007-2017