XƏBƏRLƏR




AFBİA Qazaxıstan Fond Birjası ilə Qarşılıqlı Əməkdaşlıq Görüşü keçirdi
19.09.2024 15:14
19 sentyabr 2024-cü il tarixində AFBİA-nın üzvləri və Qazaxıstan Fond Birjası (KASE) nümayəndələri arasında görüş keçirilmişdir.

19 sentyabr 2024-cü il tarixində Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının üzvləri (AFBİA) və Qazaxıstan Fond Birjası (KASE) nümayəndələri arasında görüş keçirilmişdir. Görüşün məqsədi iki ölkə arasında kapital bazarlarının inkişafı, təcrübə mübadiləsi və beynəlxalq əməkdaşlıq sahələrində yeni perspektivləri müzakirə etmək olmuşdur.


Tədbir zamanı fond bazarının tənzimlənməsi, investisiya mühitinin yaxşılaşdırılması və maliyyə texnologiyaları sahəsində təcrübə mübadiləsi həyata keçirilmiş və əməkdaşlıq potensialı geniş şəkildə müzakirə olunmuşdur.


KASE nümayəndələri əməkdaşlığın hər iki ölkə üçün strateji əhəmiyyətini vurğulayaraq Azərbaycanın kapital bazarının inkişafını dəstəkləmək və regionda maliyyə inteqrasiyasını gücləndirmək istiqamətində əməkdaşlığa hazır olduqlarını bildiriblər.


Bu görüş Azərbaycan və Qazaxıstan arasında maliyyə bazarlarında strateji əməkdaşlığın gücləndirilməsi və regionun iqtisadi inkişafına töhfə verəcək vacib bir addım olmuşdur


Image title


Image title


Image title








AZƏRBAYCAN QİYMƏTLİ KAĞIZLAR BAZARI

Azərbaycan qiymətli kağızlar bazarının əsas statistik göstəriciləri barədə məlumatları buradan əldə edə bilərsiniz.


ƏTRAFLI

RENKİNQ

Bakı Fond Birjasında həyata keçirilən əqdlərin həcminə əsasən hazırlanmış İnvestisiya şirkətlərinin Renkinq cədvəli ilə buradan tanış ola bilərsiniz.

ƏTRAFLI

© 2017 AFBIA. Bütün hüquqlar qorunur. | Version 3.0 © 2007-2017