XƏBƏRLƏR
15.03.2023-cü il tarixində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibəti ilə ağacəkmə aksiyası keçirilmişdir.
Aksiya Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və ölkəmizdə fəaliyyət göstərən maliyyə Assosiasiyaları arasında birgə imzalanmış "Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibəti ilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu" çərçivəsində həyata keçirilmişdir. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Mərkəzi Bankının təşəbbüsü ilə Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyasının nümayəndələri ağacəkmə aksiyasında aktiv iştirak etmişlər.
Ağacəkmə aksiyası zamanı Müşfiqabad qəsəbəsində müvafiq torpaqiqlim şəraitinə uyğun 300-ə yaxın Eldar şamı və Zeytun ağacı əkilib. Eyni zamanda müvafiq Anlaşma Memorandumuna uyğun olaraq, 2023-cü ildən başlayaraq 10 il ərzində, hər il 100 000 ağac olmaqla, ümumilikdə 1 000 000 ağacın əkilməsi məqsədilə müvafiq işlərin görülməsi nəzərdə tutulur.
AZƏRBAYCAN QİYMƏTLİ KAĞIZLAR BAZARI
Azərbaycan qiymətli kağızlar bazarının əsas statistik göstəriciləri barədə məlumatları buradan əldə edə bilərsiniz.
ƏTRAFLI
RENKİNQ
Bakı Fond Birjasında həyata keçirilən əqdlərin həcminə əsasən hazırlanmış İnvestisiya şirkətlərinin Renkinq cədvəli ilə buradan tanış ola bilərsiniz.
ƏTRAFLI