XƏBƏRLƏR




AFBİA-nın və İnvestAZ İnvestisiya şirkətinin təşkilatçılığı ilə növbəti seminar keçirilmişdir
14.12.2018 18:33
14 dekabr 2018-ci il tarixində Qərbi Kaspi Universitetinin tələbələri üçün "Maliyyə Bazarlarında praktiki fəaliyyət" mövzusunda növbəti seminar keçirilmişdir.

14 dekabr 2018-ci il tarixində Qərbi Kaspi Universitetinin tələbələri üçün "Maliyyə Bazarlarında praktiki fəaliyyət" mövzusunda seminar keçirilmişdir. Seminar Qərbi Kaspi Universiteti, Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası, İnvestAZ İnvestisiya şirkətinin birgə təşkilatçılığı ilə baş tutmuşdur.


Seminarda ilk növbədə İqtisadiyyat kafedrasının rəhbəri Pərviz Qurbanov və AFBİA-nın əməkdaşı Əli Hüseynli çıxış edərək seminar iştirakçılarını salamladılar, seminarın tələbələr üçün önəmindən danışdılar. Daha sonra İnvestAZ İnvestisiya şirkətinin tədris üzrə meneceri Rövşən Məmmədovun seminarı dinlənildi.


Seminar zamanı Rövşən Məmmədov  tələbələrə marjinal ticarət, analitik təhlil üsulları, dünya maliyyə bazarlarına onlayn çıxış imkanları barəsində ətraflı məlumat verib. Eyni zamanda seminarda tələbələrlə həm yerli, həm də beynəlxalq maliyyə bazarları ətrafında fikir mübadiləsi aparılıb və onların sualları cavablandırılıb.


Seminarın sonunda bucür tədbirlərin davamlı olaraq keçirilməsinin və universitetlərin biznes subyektləri ilə qarşılıqlı əməkdaşlığının  önəmi bir daha vurğulanmışdır.





AZƏRBAYCAN QİYMƏTLİ KAĞIZLAR BAZARI

Azərbaycan qiymətli kağızlar bazarının əsas statistik göstəriciləri barədə məlumatları buradan əldə edə bilərsiniz.


ƏTRAFLI

RENKİNQ

Bakı Fond Birjasında həyata keçirilən əqdlərin həcminə əsasən hazırlanmış İnvestisiya şirkətlərinin Renkinq cədvəli ilə buradan tanış ola bilərsiniz.

ƏTRAFLI

© 2017 AFBIA. Bütün hüquqlar qorunur. | Version 3.0 © 2007-2017