XƏBƏRLƏR




AFBİA-nın Ümumi Yığıncağında Repo qaydaları müzakirə olunmuşdur
15.03.2019 17:54
Ümumi Yığıncağın əsas mövzusu Repo əməliyyatlarının stimullaşdırılması məqsədilə Bakı Fond Birjasının ticarət qaydalarına və Repo Baş Razılaşmasına dəyişikliklərin son müzakirəsi olmuşdur.

15 mart 2019-cu il tarixində Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının (AFBİA-nın) Ümumi Yığıncağı keçirilmişdir. Ümumi Yığıncağın əsas mövzusu Repo əməliyyatlarının stimullaşdırılması məqsədilə Bakı Fond Birjasının ticarət qaydalarına və Repo Baş Razılaşmasına dəyişikliklərin son müzakirəsi olmuşdur.


Qeyd olunan məsələ ilə bağlı ilk növbədə BFB-nin İdarə Heyətinin Sədri Vüqar Namazov çıxış edərək, bildirmişdir ki, AFBİA tərəfindən təqdim edilmiş təkliflər əsasında Birjanın müvafiq ticarət qaydalarına və Repo Baş Razılaşmasına dəyişikliklərin ilkin versiyası hazırlanmışdır. O çıxışı zamanı iclas iştirakçılarına Repo qaydalarına edilmiş dəyişikliklər və bu dəyişikliklərin yaratdığı yeni imkanlarla bağlı ətraflı məlumat vermişdir. Həmçinin bildirmişdir ki, yeni dəyişikliklər prosesi daha da sadələşdirəcək və Repo predmeti olan qiymətli kağızların sayının artmasına imkan yaradacaqdır. Daha sonra dəyişikliklərlə bağlı iclas iştirakçılarının fikirləri öyrənilmiş və dəyişikliklər iclas iştirakçıları tərəfindən də müsbət qarşılanmışdır.


Bundan başqa iclas zamanı gündəlikdə duran digər məsələlər müzakirə edilmiş, kapital bazarının inkişafı ilə bağlı təkliflər dinlənilmiş və bu təkliflərlə barəsində müvafiq qurumlara müraciət edilməsi qərara alınmışdır.


İclasın sonunda BTB Kapital İnvestisiya Şirkəti ASC-nin üzvlüyə qəbul müraciəti AFBİA-nın İdarə Heyəti tərəfindən müsbət qarşılanmış və BTB Kapital İnvestisiya şirkəti ASC Assosiasiyanın yeni üzvü seçilmişdir.




AZƏRBAYCAN QİYMƏTLİ KAĞIZLAR BAZARI

Azərbaycan qiymətli kağızlar bazarının əsas statistik göstəriciləri barədə məlumatları buradan əldə edə bilərsiniz.


ƏTRAFLI

RENKİNQ

Bakı Fond Birjasında həyata keçirilən əqdlərin həcminə əsasən hazırlanmış İnvestisiya şirkətlərinin Renkinq cədvəli ilə buradan tanış ola bilərsiniz.

ƏTRAFLI

© 2017 AFBIA. Bütün hüquqlar qorunur. | Version 3.0 © 2007-2017