XƏBƏRLƏR
25 sentyabr 2024-cü il tarixində Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının (AFBİA) ofisində Latviyanın Azərbaycandakı səfirliyinin nümayəndələri və Latviya Ticarət Palatasının Avropa Birliyinin layihələr üzrə departamentinin direktoru xanım Liqa Sicevanın iştirakı ilə işgüzar görüş keçirildi.
Görüş Bakı Fond Birjasının (BFB) Müşahidə Şurasının sədri Fərid Axundov, AFBİA-nın İcraçı direktoru Murad Yəhyayev və BFB-nin Baş Kommersiya İnzibatçısı Oqtay Qasımovun iştirakı ilə baş tutdu.
Cənab Axundov qonaqlara yerli kapital bazarının ekosistemi və bazar iştirakçıları barədə ətraflı məlumat verdi. O, həmçinin Latviya ilə Azərbaycan arasında inkişaf edən iqtisadi münasibətlərdən bəhs edərək, gələcəkdə iki ölkə arasında kapital bazarları sahəsində bilik və təcrübə mübadiləsinin əhəmiyyətini vurğuladı.
AFBİA-nın İcraçı direktoru Murad Yəhyayev yerli kapital bazarının son illərdə qazandığı nailiyyətlər, mövcud vəziyyət və inkişaf perspektivləri, eyni zamanda Assosiasiyanın fəaliyyət planının əsas istiqamətləri barədə qonaqlara geniş məlumat verdi.
Xanım Liqa Siceva da öz növbəsində gələcəkdə Assosiasiya ilə sıx əməkdaşlıq əlaqələri qurmağın və maliyyə savadlılığı sahəsində beynəlxalq təcrübənin Azərbaycanda təşviqinin əhəmiyyətli olacağına inandığını bildirdi. O, bu istiqamətdə birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğuladı.
Görüşün əsas məqsədi yerli kapital bazarında beynəlxalq təcrübənin təşviqi və beynəlxalq maliyyə institutları ilə əlaqələrin müasir çərçivədə daha da inkişaf etdirilməsidir.
AZƏRBAYCAN QİYMƏTLİ KAĞIZLAR BAZARI
Azərbaycan qiymətli kağızlar bazarının əsas statistik göstəriciləri barədə məlumatları buradan əldə edə bilərsiniz.
ƏTRAFLI
RENKİNQ
Bakı Fond Birjasında həyata keçirilən əqdlərin həcminə əsasən hazırlanmış İnvestisiya şirkətlərinin Renkinq cədvəli ilə buradan tanış ola bilərsiniz.
ƏTRAFLI