XƏBƏRLƏR




ABB-nin səhmlərinin İlkin Kütləvi Təklifi (IPO)
12.06.2024 16:20
11 iyun 2024-cü il tarixində ABB-nin səhmləri üzrə abunə yazılışının başlanması ilə bağlı tədbir keçirilib.

11 iyun 2024-cü il tarixində ABB-nin səhmləri üzrə abunə yazılışının başlanması ilə bağlı tədbir keçirilib.


Tədbirdə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov, Mərkəzi Bankın baş direktoru Əli Əhmədov və Bakı Fond Birjasının Müşahidə Şurasının sədri Fərid Axundov çıxış ediblər.


Bakı Fond Birjasının Müşahidə Şurasının sədri Fərid Axundov öz çıxışında bildirib: “Mən ABB-nin kütləvi səhm yerləşməsinin uğurla başa çatacağına inanıram və investorları da emitentə və kapital bazarına inanmağa çağırıram. Ənənəyə sadiq gələcəyə inamla!"


Abunə yazılışının müddəti 11.06.2024-10.09.2024 tarixi aralıqlarını əhatə edir. Sifarişlər, nominal qiymət 0,27 manatdan başlayaraq qəbul edilir. Səhmlərin minimum alış həcmi 100 ədəd, maksimum 75 000 ədəd olmalıdır. Abunə yazılışı prosesində iştirak etmək istəyən şəxslər ABB mobil üzərindən, Bakı Fond Birjasının üzvü olan 12 investisiya şirkətləri vasitəsilə və ABB-nin bütün filiallarına yaxınlaşaraq öz sifarişlərini verə bilərlər.

Image title


Image title


Image title


Image title





AZƏRBAYCAN QİYMƏTLİ KAĞIZLAR BAZARI

Azərbaycan qiymətli kağızlar bazarının əsas statistik göstəriciləri barədə məlumatları buradan əldə edə bilərsiniz.


ƏTRAFLI

RENKİNQ

Bakı Fond Birjasında həyata keçirilən əqdlərin həcminə əsasən hazırlanmış İnvestisiya şirkətlərinin Renkinq cədvəli ilə buradan tanış ola bilərsiniz.

ƏTRAFLI

© 2017 AFBIA. Bütün hüquqlar qorunur. | Version 3.0 © 2007-2017